Volkswagen Jetta sedanının yeddi nəsli Detroytda keçririlən NAIAS 2018 beynəlxalq avtomobil sərgisində təqdim edilib. Yeni sedan MQB modul platformasında inşa edilib. Yeni Jetta sələfinə nisbətən daha geniş iş məkan və zəngin təchizat təklif edir. Məsələn, yeddinci nəsil Jetta bu seqmentdə virtual cihazlar paneli ilə təchiz edilən azsaylı avtomobillərdən biridir.

Volkswagen Jetta arxa dayaqlarda pəncərəsi olanb  “dəbdəbəli” kuzova malik olub. Geniş radiator barmaqlığı və çoxsaylı üfüqi xəttlərin sayəsində avtomobil əvvəlkindən daha sanballı görünür. Yeni sedanın qabarit uzunluğu 4702 millimetr, eni - 1799 millimetr, hündürlüyü isə 1459 millimetrdir. Beləliklə, yeni Jetta sələfindən 43 millimetr uzun, 21 millimetr enli və 6 millimetr hündürdür. Avtomobilin təkər bazası 35 millimetr artaraq 2686 millimetrə bərabər olub. Baqaj bölümünün həcmi dəyişilməz qalıb -  510 litr.

Avtomobilin interyeri Volkswagen markasının ənənələrinə uyğun tərtib edilsə də, Golf modelindən bir sıra əsas elementlərin yerləşməsi ilə seçilir. Buna misal olaraq, multimedia sisteminin havalandırma deflektorlarının üzərində quraşdırılan displeyini göstərmək olar. Modelin təchizatına 10,2-düymlük virtual cihazlr paneli ilə yanaşı, 10 rəngli kontur işıqlanması, havalandırmalı ön oturacaqların elektriklə tənzimlənməsi, panoram tavan, arxa görüntü kamerası və 400 vattlıq Beats səs sistemi daxil edilib.

VW Jetta standart olaraq işıqdiodlarından fənərlərlə təchiz edilir. İkinci təchizat səviyyəsindən başlayaraq bu siyahıya avtomatik əylənmə və kor zonalara nəzarət funksiyası əlavə edilir. Əlavə ödənişlə yol nişanlarına nəzarət və adaptiv kruiz-kontrol sistemlərini əldə etmək olar. Hələlik Jetta 150 at qüvvəli 1,4-litrlik turbimühərrik ilə təklif ediləcəkdir.

Güc aqreqatı altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Sonradan sedanın 2,0-litrlik turbomühərriklə təchiz edilən “qaynar” modifikasiyası işıq üzü görəcəkdir. ABŞ bazarı üçün nəzərdə tutulan avtomobillər Meksikada istehsal ediləcəkdirlər. Sedanın ABŞ-dakı satışlarına bu ilin ikinci rübündə başlanacaqdır.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt