Lexus şirkəti Detroyt avtosalonunda yeni bayraqdar krossoverin carçısı olan LF-1 Limitless konsept avtomobilini nümayiş etdirib. Yeni seqmenti formalaşdıracaq yeni avtomobil texnologiyaların yeni səviyyəsini nümayiş etdirməklə yanaşı markanın dizaynının inkişaf istiqamətini müəyyən edir.

Lexus LF-1 Limitless konseptinin qabarit uzunluğu 5014 millimetr, eni – 1986 millimetr, hündürlüyü isə 1605 millimetrdir. Konseptin təkər bazasının uzunluğu 2974 millimetrdir.  Krossoverin Toyota şirkətinin Kaliforniyadakı studiyasının dizaynerləri tərəfindən yaradılmış dizaynı “ərimiz katana” adlandırılıb. Bu dizayn özündə əridilmiş metalın formasını və yapon qılıncının kəskin tərəflərini birləşdirir.

Konseptin güc qurğusu barədə məlumat verilməyib. Lexus şirkətindən LF-1 modelini hibrid, hidrogen, benzin və tam elektrik güc aqreqatı ilə təchiz etməyin mümkün olduğu bildirilib. LF-1 Limitless krossoverinin interyeri yapon “omotenasi” qonaqpərvərlik fəlsəfəsinə uyğun olaraq yaradılıb. Dizaynerlər fiziki düymələrdən tamamilə imtina edərək, onları jestləri anlayan sensorlar ilə əvəz ediblər. Salonun tərtibatında  metal, ağac, həmçinin açıq və tünd dəridən istifadə edilib.

Krossoverin təchizatına avtopilot və dörd ölçülü naviqasiya daxildir. Bu sistem ənənəvi 3D naviqasiyası kimi fəaliyyət göstərir. Səyahət müddətindən, günün vaxtından və yol şəraitindən asılı olaraq, sürücü və sərnişinin tələbatlarını müəyyən edərək əlavə vaxt elementlərindən istifadə edir. Məsələn, sistem restoranın yanında dayanmağı, yanacaq doldurmağı və ya mehmanxanada nömrə tutmağı təlkif edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt