Hyundai şirkəti Detroytda keçirilən avtosalonda Veloster hetçbekinin yeni nəslini təqdim edib. Yeni hetçbek də sələfi kimi asimmetrik kuzova malikdir – yəni sürücü tərəfdə bir qapı, sərnişin tərəfdə isə iki qapı vardır.

Yeni Veloster hetçbekinin ön tərəfinin dizaynı son Hyundai modellərinin üslubunda hazırlanıbdır. Bu iri radiator barmaqlığının mövcud olması deməkdir. Modelin arxa hissəsi isə özünə məxsus dizayna malikdir. Burada baqaj qapağının üzərində quraşdırılan spoyleri, iri diffuzoru və arxa bamperin mərkəzində yerləşdirilən səsboğucu sistemin ikili çıxış borusunu görmək olar. İstənilən halda koreya şirkətinin dizaynerləri avtomobilə aqressiv görkəm bəxş etməyə nail olublar.

Standart olaraq yeni nəsil Hyundai Veloster modeli 147 at qüvvəsi və 179 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli mühərrik ilə təchiz ediləcəkdir.

Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Veloster Turbo modifikasiyası isə 201 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən 1,6-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gələcəkdir. Güc aqreqatı qısa müddətə fırlanma anını 274 Nm qaldıran overboost funksiyasına sahibdir. Turbomühərrik altı pilləli mexaniki və ya yeddi diapazonlu iki muftalı robotla tandemdə çalışacaqdır.

Bütün Veloster modelləri dartma vektoruna nəzarət sistemi (Torque Vectoring Control) və təkmilləşdirilmiş sükan sistemi ilə təchiz ediləcəkdirlər.

Veloster Turbo modifikasiyası öndə 24 millimetrlik  köndələn dayanıqlıq stabilizatorlarına, arxada isə 19 millimetrlik stabilizatorları olan çoxqollu asqıya malik olacaqdır. 

Yeni Veloster modelinin təchizatına qəzaların önlənməsi sistemi, adaptiv kruiz-kontrol, hərəkət zolağına və kor zonalara nəzarət funksiyası, işıqdiodlarından adaptiv fənərlər, 18-düymlük təkər diskləri və sürücünün vəziyyətinə nəzarət sistemi daxildir.  Bundan başqa, hetçbek səkkiz düymlük displeyi olan və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sisteminə, arxa görüntü kamerasına, proyeksiya displeyinə və smartfonların induksion doldurulması sisteminə malik olacaqdır.

Yeni Hyundai Veloster modelinin istehsalına mart ayında başlanacaqdır. Modelin satışlarına bu ilin ikinci yarısında start veriəcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt