Renault şirkəti Cenevrə avtosalonunda EZ-GO konsept avtomobilini nümayiş etdirib. Fransız markasının nümayəndələri bu konseptin həm avtomobil, həm də xidmət üsulu olduğunu bildiriblər. Elektrik güc qurğusu və avtopilotla təchiz edilən prototip, metro və avtobusla yanaşı şəhər nəqliyyat sistemini tamamlamalıdır.

Renault  mütəxəssislərinin fikrincə, belə avtomobili xüsusi əyləşmə stansiyalarına mobil əlavənin köməyi ilə çağırmaq mümükün olacaqdır. Avtomobildən eyni istiqamətdə səfər edən insanlar qrup şəklində də istifadə edə bilərlər. Renault EZ-GO modelindən fərdi şəkildə də istifadə etmək mümkündür. 5,2-metrlik konsept barama formasında  hazırlanıb, 360 dərəcəli görünüşü təmin edən panoram tavanla və şüşə qapılarla təchiz edilib. Dördüncü səviyyəli avtopilot öndə gedən avtomobillə ara məsafəsinə və hərəkət zolağına nəzarət edir, sərbəst şəkildə zolağı dəyişir və yol ayrıclarında dönmələri həyata keçirir.

Prototipin sürəti 50 km/saat həddində məhdudlaşdırılıb. Qəza və nasazlıq halında EZ-GO sərbəst şəkildə və yaxud monitorinq mərkəzinin komandası ilə təhlükəsiz yerə keçir.

Prototip fransız şirkətinin gələcəyin robomobillərə olan baxışını nümayiş etdirir. Bu prototip gələcək nəqliyyat xidmətləri sahəsində fransız şirkətinin konsept xəttinin ilk nümayəndəsidir. Bu xidmət sahələrinə karşərinq, karpulinq və onlayn taksi sifarişi daxilir. Renault EZ-Go prototipinin 2022-ci ildə seriyaya gedəcəyi ehtimal olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt