Nyu-York 2018: Cadillac yığcam XT4 krossoverini təqdim edib

Cadillac şirkəti Cadillac House incəsənət edvində təşkil edilmiş xüsusi tədbirdə yeni yığcam krossoveri təqdim edib. Cadillac XT4 modeli markanın model xəttində ilk dəfə olaraq elektrohidravlik əyləc sisteminə və NFC texnologiyaları dəstəyinə sahib olub.

Cadillac XT4 krossoverinin qabarit uzunluğu 2779 millimetr, eni 1881 millimetr, hündürlüyü isə 1627 millimetrdir. Avtomobilin təkər bazasının uzunluğu 2779 millimetr təşkil edir. Krossoverin klirensi 171 millimetrdir. Xt4 modeli iki növ ötürmə sistemi ilə təklif ediləcəkdir: öndən və tam çəkiş. Sonuncu halda arxa oxun qoşulmasına xüsusi mufta cavabdehdir.

Krossover iki qanadçıqlı kurbokompressoru və silindrlərin söndürülməsi sistemi olan 2,0-litrlik dörd silindrli mühərriklə hərəkətə gəlir. Mühərrik 240 at qüvvəsinə və 350 Nm fırlanma anına malikdir. Güc aqreqatı 9-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. XT4 modelinin dinamik xarakteristikaları açıqlanmayıb.

Cadillac XT4 modeli üç təchizat səviyyəsində təklif ediləcəkdir: Luxury, Premium Luxury və Sport. Modelin standart təchizatına işıqdiodlarından fənərlər, 18-düymlük təkər diskləri, elektriklə səkkiz istiqamətdə tənzimlənən dəri oturacaqlar, həmçinin iki zonalı iqlim sistemi daxildir.

XT4 modelinin bahalı variantları salonun fon işıqlandırmasına, karbondan dekorativ elementlərə, kor zonalara nəzarət və zolaqda saxlama funksiyasına, səkkiz düymlük sensorlu ekranı olan multimedia sisteminə, dörd USB porta və dönən kontrollerə sahib olacaqdırlar.

Opsional olaraq Cadillac XT4 modeli panoram tavanı, 20-düymlük təkər disklərini, Bose səs sistemini və elektronika ilə idarələnən amortizatorları olan adaptiv asqını  sifariş etmək olar. Yeni krossoverin ABŞ bazarındakı satışlarına bu ilin payızında başlanacaqdır. Modelin qiymətləri 35790 dollardan start götürəcəkdir.

ДРУГИЕ СТАТЬИ