Volkswagen şirkəti Nyu-Yorkda keçirilən avtosalonda Atlas Tanoak konseptual pikapını təqdim edib. MQB modul platformasında inşa edilən konseptin adı ABŞ-ın Sakit okean sahilində bitən ağacların növünə həsr edilib.

Atlas Tanoak konseptual pikapının əsasını yeddi yerli Atlas krossoverinin uzadılmış şassisi təşkil edib. Konseptual pikapın qabarit uzunluğu 5438 millimetr, eni - 2029 millimetr, hündürlüyü isə 1844 millimetr təşkil edir. Pikap Atlas krossoverindən 401 millimetr uzundur. Onun təkər bazasının uzunluğu 3259 millimetrdir. Volkswagen Atlas Tanoak modelinin klirensi 254 millimetr təşkil edir. Pikap 280 at qüvvəsi və 361 Nm hasil edən 3,6-litrlik V6 mühərriki ilə təchiz edilib. Güc aqreqatı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu tandemdə çalışır.

Atlas Tanoak yerindən 60 mil/saat (96 km/saat) həddinə 8,5 saniyəyə sürətlənir. Konsept həmçinin dartma qüvvəsinə aktiv nəzarət funksiyasına malik olan tam çəkiş sistemi ilə də təchiz edilir. Atlas Tanoak bir neçə hərəkət rejiminə sahibdir ki, mürəkkəb yolsuzluq şəraitində transmissiyanın aşağı cərgəsindən də istifadə etmək mümkündür. Pikapın təchizatına işıqdiodlarından fənərlər və gündüz hərəkət işıqları, sensorlu displeyi olan multimedia sistemi, rəqəmsal cihazlar paneli və hərəkət rejimindən asılı olaraq rəngini dəyişən salonun fon işıqlandırması daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt