Nissan şirkəti Nyu-Yorkda keçirilən avtosalonda Altima sedanının yeni nəslini təqdim edib. Model yeni platformaya, dəyişən sıxılma əmsalı olan benzin mühərrikinə və yarımavtonom idarəetmə sisteminə sahib olub.

Yeni Nissan Altima keçən il nümayiş etdirilən Vmotion 2.0 konseptinin üslubunda olan eksteryerə sahib olub. Yeni sedan sələfindən 25 millimetr uzun, 23 millimetr enli və 25 millimetr alçaqdır. Yeni Altima sedanının təkər bazasının uzunluğu 48 millimetr artaraq 2825 millimetr olub. Eyni bazaya Toyota Camry sedanı da malikdir. Avtomobilin salonu da tamamilə yeni arxitekturaya sahib olub. Mərkəzi konsolun üzərində olan multimedia sisteminin displeyi 8-düymlük diaqonala malikdir.

Daha bir yeddi düymlük displey cihazlar panelində quraşdırılıbdır. Multimedia sistemi Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyir, üstəlik dörd USB portu da nəzərdə tutulubdur. Onlardan ikisi öndə, ikisi isə arxadadır. Sedan standart olaraq 80% yenilənmiş 2,5-litrlik dörd silindrli atmosfer mühərriki ilə təchiz edilir. Hazırda bu mühərrik 191 at qüvvəsi və 244 Nm fırlanma anı hasil edir. Bundan başqa, yeni Altima dəyişən sıxılma əmsalı olan 2,0-litrlik VC-Turbo turbomühərriklə təchiz edilir.

Eyni mühərrik Infiniti QX50 krossoverinin kapotu altında yerləşdirilib. Lakin, krossoverdə bu mühərrik 272 at qüvvəsi və 380 Nm fırlanma anı hasil etsə də, sedanın mühərriki 252 at qüvvəsinə və 370 Nm-ə malikdir.  Hər iki güc aqreqatı variatorla tandemdə çalışır. Atmosfer mühərriki ilə təchiz edilən Nissan Altima sedanını tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür.

Bu sistem mühərrikin fırlanma anını 50 faizini arxa oxa yönəltmək imkanına malikdir. Bundan başqa, Altima ProPilot yarımavtonom idarəetmə sistemi ilə təchiz edilir. Avtomobilin təhlükəsizlik sistemləri kompleksi Safety Shield 360 arxaya hərəkət zamanı avtomatik əyləcləmə sistemini əldə edib. Yeni Nissan Altima bu ilin payızından başlayaraq ABŞ bazarında satışa çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt