Acura şirkəti Nyu-Yorkda keçirilən avtosalonun çərçivəsində yeni nəsil RDX krossoverini təqdim edib. İstehsalçının bildirdiyinə görə, bu Acura RDX modelinin son 10 il ərzində başına gələn ən iri miqyaslı yenilənməsidir. Avtomobil üçün xüsusi platforma, yeni interyer və güc aqreqatları xətti yaradılıbdır.

Yeni model yalnız Acura avtomobillərində istifadə ediləcək platformada inşa edilib. İstehsalçı avtomobilin asqısının idman tənzimləmələrinə malik olduğunu iddia edir. Krossover öndə McPherson dayaqlarına, arxada isə beş qollu asqıya sahib olub.  Əlavə ödənişlə adaptiv amortizatorları da sifariş etmək olar. Sükan idarəetməsi dəyişən ötürmə nisbətinə malik olan elektrik gücləndiricisi ilə təchiz edilib.

Acura RDX modelinin qabarit uzunluğu 4747 millimetr, hündürlüyü - 1668 millimetr, təkər bazasının uzunluğu isə 2750 millimetrdir. Avtomobilin təkər bazası sələfinə nisbətən 66 millimetr artıbdır. Yeni krossover Honda Accord modelindən tanış olan 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Sedanın kapotu altında yerləşdirilmiş mühərrik 252 at qüvvəsi və 369 Nm fırlanma anı hasil edir. Acura RDX modelindəki mühərrikin 272 at qüvvəsi hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Acura RDX modelinin yeni nəsli təkmilləşdirilmiş SH-AWD tam çəkiş sistemi ilə təchiz edilir. Bu sistem idarələnən dartma vektoruna və əvvəlkindən 1,5 dəfə daha çox fırlanma anını emal edən differensiala sahib olub. Sistem nəinki dartma qüvvəsini oxlar arasında, eyni zamanda arxa təkərlər arasında da bölmək imkanına malikdir.

Yeni krossoverin təchizatına işıqdiodlarından optika, panoram tavan, dörd rejimi (Sport, Sport+, Comfort və Snow) tam çəkiş sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası, 16 dinamikə malik olan 710-vattlıq ELS Studio səs sistemi, dairəvi görüntü sistemi, yoxuşda yerindən tərpənməyə kömək sistemi, 16 istiqamətdə tənzimlənən oturacaqlar, 10,2-düymlük FullHD ekranı olan multimedia sistemi, proyeksiya displeyi və səslə idarəetmə funksiyası daxil edilibdir. 

Bundan başqa, krossover eksteryer və interyer tərtibatı ilə fərqlənən A-Spec “idman” versiyasına da sahib olacaqdır. Yeni multimedia sistemi True Touchpad adlı interfeysə sahibdir. Sistemin funksiyalarının idarəedilməsi əyri formalı sensorlu taçpadın köməyi ilə həyata keçirilir. Yaponlar bu panelin sürücünün həyatını yüngülləşdirəcəyini iddia edirlər. Sistem Android ƏS əsasında hazırlanıbdır. Yeni krossoverin ABŞ bazarındakı satışlarına bu ilin yayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt