Porsche şirkəti 911 GT3 RS superkarının çəkisini 40 kiloqram azaltmağa imkan verən opsional Weissach dəstini hazırlayıb. Yeni dəstin dünya premyerası Nyu-York avtosalonunda keçirilib. Dəstin qiyməti 18 min dollardır.

Weissach dəsti ilə təchiz edilən kupe karbonplastikdən tavana malikdir ki, bu tavan da maqnezium qarışığından olan analoqundan yarım kiloqram yüngüldür. Karbon dayaqlar və stabilizatorlar daha 5,4 kiloqram qənaət etməyə imkan verib.

Kompozit sükanaltı dəstəklər, sükandakı dekorativ əlavələr və yüngülləşdirilmiş ayaqaltılar sportkarın çəkisini 450 qram azaldır. Superkarın kapotu və arxa antiqanadı rənglənməmiş karbondan hazırlanacaqdır. 

Porsche 911 GT3 RS Weissach Package üçün əlavə olaraq maqnezium ərintisindən hazırlanmış təkər disklərini də sifariş etmək olar. Onların çəkisi alüminiumdan olan disklərdən 11 kiloqram azdr. Disklərin qiyməti 13 min dollardır.