BMW X5 ailəsi qoşulan hibrid modifikasiyası ilə genişlənibdir. xDrive45e iPerformance adlandırılan modifikasiya sonuncu nəsil eDrive elektrik ötürməsi və altı silindrli benzin mühərriki ilə hərəkətə gəlir. Hibrid elektrik ötürməsi ilə 80 kilometr məsafə qət edir.

BMW X5 xDrive45e iPerformance modelinin hibrid qurğusunun tərkibinə 286 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli mühərrik, 82 kilovatlıq elektromotor, litium-ion batareyaları və elektroenerjinin intellektual idarəedilməsi bloku daxildir. Hibrid qurğunun ümumi hasilatı 394 at qüvvəi və 600 Nm fırlanma anıdır.

Hibrid krossover yerindən 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Elektrik ötürməsi ilə hərəkət zamanı krossoverin maksimal sürəti 140 km/saat təşkil edir. DYM-dən istifadə halında bu hədd 235 km/saata bərabər olur. Qarışıq rejimdə avtomobil 100 kilometrə 2.1 litr sərf edir.

BMW X5 xDrive45e iPerformance modelinin standart təchizatına elektronika idarələnən amortizatorlar daxil edilibdir. Əlavə ödənişlə krossoveri manevr qabiliyyətini və yüksək sürətlərdə dayanıqlılığını yaxşılaşdıran Integral Active Steering tam idarələnən şassi ilə sifariş etmək olar. Yeni modifikasiya 2019-cu ildə satışa çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt