BMW şirkəti X2 krossoverinin yeni top variantını təqdim edib. X2 M35i adlandırılmış modifikasiya M Performance ailəsindən olan 2,0-litrlik turbomühərrikə, xüsusi tənizmləmələri və Launch Control funksiyasına malik olan səkkiz pilləli avtomatik qutuya sahib olub.

M Performance ailəsinin ilk mühərriki olan 2,0-litrlik TwinPower Turbo mühərriki 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı Steptronic avtomatik ötürmələr qutusu və xDrive tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə BMW X2 M35i modeli 4,9 saniyəyə sürətlənir. BMW X2 M35i modifikasiyasının təchizatına hündürlüyü azaldılmış və daha sərt xarakteristikalı yayları olan yenidən tənzimlənmiş M Sport asqısı, ön öxda quraşdırılan M Sport özüqapanan differensialı, gücləndirilmiş əyləc mexanizmləri, dəyişən alqoritmi olan sükan idarəetməsi daxildir.

Kupe-krossoveri opsional olaraq iki rejimi olan pnevmatik asqı ilə də sifariş etmək olar.

Bundan başqa, X2 M35i modeli Full HD texnologiyalı ön fənər və duman əleyhinə fənərlər, arxa M-Spoylerə, iki 100 millimetrlik çıxış boruları olan buraxılış sisteminə, 19 və 20 düymlük təkər disklərinə sahib olub. Krossoverin salonunda dəri ilə üzlənmiş və sükanaltı dəstəkləri olan sükan çarxı, yan dəstəyi inkişaf etdirilmiş idman oturacaqlarını görmək olar. Bu oturacaqları parça, alkantara və ya dəlikli dəri ilə də üzləmək olar. Opsiyalar siyahısında proyeksiya displeyi, naqilsiz birləşməli Apple Carpaley tətbiqi, tıxaclarda hərəkət köməkçisi və park etmə köməkçisi də vardır.

BMW X2 M35i modelinin istehsalına noyabr ayında başlanacaqdır. Modelin Avropadakı satışlarına 2019-cu ildə start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt