Pekin 2018: Honda çin bazarı üçün elektrik krossoveri hazırlayıb

Honda şirkəti Pekin avtosalonunda çin bazarı üçün nəzərdə tutulmuş ilk seriya krossoverinin carçısını təqdim edib. Bu konsept Hinda HR-V krossoverinin bazasında yaradılmış Everus EV prototipidir.

Honda Everus EV konsepti HR-V modelindən başqa ön hissəsi, işıqdiodlarından olan zolaqla birləşdirilmiş fənərləri, gündüz hərəkət işıqları quraşdırılmış bamperlə və arxa fənərləri ilə seçilir.İstehsalçı protoipin güc qurğus barədə məlumat verməyib. Lakin, seriya elektrik krossoverinin bu ilin sonuna qədər buraxılacağı bildirilib.

Elektrik krossoverinin istehsalı GAC Honda birgə müəssisəsində təşkil ediləcəkdir. Avtomobil Everus brendi altında satılacaqdır. İlkin məlumata görə, elektromobil Honda tərəfindən maliyyələşdirilən Reachstar karşərinq xidməti istifadəçiləri üçün əlçatan olacaqdır. 

ДРУГИЕ СТАТЬИ