Bu gün dünyada olan beşinci nəsil döyüş təyyarələrin barmaqla saymaq olar. Bunlar ABŞ-ın Lockheed Martin şirkətinin məhsulu olan F-22 Raptor və F-35 Lightining II qırıcıları, Çinin Shengyang və Chengdu şirkətlərinin istehsal etdikləri Chengdu J-20 və Shengyang J-31 qırıcıları, Yaponiyanın üzərində çalışdığı Mitsubishi X-2 qırıcısı, nəhayət Ruisyanın hazırladığı Su-57 (T-50) təyyarəsidir. Gördüyünüz kimi bu sahədə Rusiya autsayderdir - ABŞ və Çin hərəyə iki qırıcı istehal etməyə macal tapsa da, Rusiyanın Hərbi Sənaye Kompleksi hələik bir qırıcı ilə kifayətlənməli olub. Üstəlik, Su-57 modelinin kütləvi istehsalına bu il başlanmalıdır.

Gəlin bir daha beşinci nəsil qırıcıların cavab verməli olduqları meyarlar siyahısına göz gəzdirək:

  • düşmən radarları üçün aşağı görünmə səviyyəsi;
  • forsajı işə salmadan səsdən yüksək sürətlə uçmaq imkanı;
  • yüksək manevr qabiliyyəti;
  • çoxfunksiyalılıq;
  • hədəfləri istənilən məkanda məhv etmək qabiliyyəti;
  • dairəvi məlumat sistemi;
  • aktiv fazalı qəfəsi (AFQ) olan radarla təchiz edilmiş mükəmməl avionika.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra, Rusiyaya iki beşinci nəsil qırıcı təyyarəsi layihəsi miras qalmışdı. Onlardan birincisi MiG-1.44, ikincisi isə əksinə oxşəkilli qanadı olan Su-37 və yaxud Su-47 "Berkut" layihəsi idi. İlkin olaraq, ilk rus "stelsinin" MiG-1.44 təyyarəsi olacağı gözlənilsə də, bu təyyarənin taleyi çox acınacaqlı oldu.  Bu gün də güclü təsir bağışlayan MiG təyyarəsi maliyyələşdirmə çatışmamazlığının qurbanı oldu. 

MiG-1.44

Su-47 "Berkut" təyyarəsinin taleyi də uğurlu olmadı - təyyarə inşa edilsə də, ona yalnız aviasalonlarda çıxış etmək qaldı. Su-30 qırıcısı ilə kommersiya uğurunu əldə edən P.O.Suxoy adına Təcrübə Konstruktor Bürosu daxil olan vəsaiti yeni təyyarələrin yaradılmasına yönəldə bildi.

T-50 kod adını almış beşinci nəsil qırıcısının yaradılmasına 1999-cu ildə start verildi. İki il sonra isə Rusiya Hərbi Həvə Qüvvələri yeni təyyarədən tələb olunun xarakteristikaların siyahısını hazırladı. İlkin olaraq, Rusiya HHQ-ləri çoxfunksiyalı ağır cəbhə qırıcısını (MFİ) və daha ucuz yüngül cəbhə təyyarəsini (LFS) istəyirdilər, lakin sonradan onlar bu iki layihəni biləşdirərək, müvəqqəti adı Сəbhə Aviasiyasının Perspektiv Aviasiya Kompleksi (PAK FA) olan yeni təyyarəyə sahib olmaq arzusunda olduqlarını bildirdilər.

Çox güman ki, Rusiya hərbiçilərinin qərarına F-35 Lightning II layihəsi təsir göstərmişdi, çünki F-35 qırıcısı bahalı F-22 Raptor modelini tamamlayan ucuz təyyarə kimi nəzərdə tutlsa da, nəticədə hədsiz dərəcə bahalı alındı. Qeyd etmək lazımdır ki, rus hərbiçilər şaquli eniş və qısaldımış qalxış qabiliyyətinə malik olan qırıcıdan da imtina etdilər. Böyük ehtimalla, bu qərara da amerikalı konstruktorların qarşılaşdığı çətinliklər təsir etmişdi.

Su-47 Berkut

2002-ci ildə beşinci nəsildən olan qırıcının yaradılması üzrə dövlət sifarişi P.O.Suxoy adına TKB-na həvalə edildi. 2004-cü ildə bu layihəyə təyyarəni almağa maraqlı olan Hindistan cəlb edildi. Qırıcılarının seriya istehsalına 2015-ci ildə başlamaq və layihəyə beş milyard dollar xərcləmək planlaşdırılırdı.

Təyyarənin uçuş prototipləri Komsomolsk-na-Amure şəhərində inşa edildi və 2009-cu ilin sonunda təyyarə ilk dəfə uçuş zolağına çıxarıldı. İlk uçuşlara isə 2010-cu ilin yanvarında başlanıldı. Ayın sonunda T-50 modeli 47 dəqiqəlik uçuşdan sonra uğurlu eniş etdi. Bu andan Su-57 təyyarəsinin tərcümeyi-halında yeni mərhələ başlandı.

Uçuş sınaqları

T-50 modelinin strukturundakı ilk çatışmazlıqlar uçuşların başlanmasından əvvəl - uçuş-enmə zolağında texniki qaçışlar zamanı aşkar edilmişdir. Suxoy şirkətinin nümyəndələri  yerdə istifadə edilən əyləc sistemini və sükan idarəetməsini düzəltmək məcburiyyətində  qalmışdılar.

Su-57

Test proqramının birinci mərhələsi yeddi sınaq uçuşunu nəzərdə tutrdu, lakin onlardan yalnız beşi tamamlandı - biri yanvarda, dördü isə fevral və martda. Aprel ayında iki T-50 qırıcısı An-124 təyyarəsinə yüklənərək hava qüvvələrinin Jukovskidəki bazasına göndərildi. Elə həmin ayın sonunda daha bir sınaq uçuşu baş tutdu.

Səsdən yüksək sürət ilk dəfə 14 mart 2011-ci ildə qeydə alındı. 2013-cü ilin oktyabr ayının sonuna uçuşların ümumi sayı 450-ni keçdi. Eyni zamanda, sınaq qırıcılarının heç olmasa biri artıq radar stansiyası ilə təchiz olunmuşdu.

Təyyarələrin dövlət sınaqlarının proqramı tamamlanmasa da (tamamlama cari ildə planlaşdırılır), 2020-ci ilin əvvəlində Su-57 Suriyada döyüş şəraitində sınaqdan keçirildi. Bildiyiniz kimi, ABŞ HHQ-nin F-22 Raptor və F-35 Lightning II qırıcıları Suriyadakı İŞİD terrorçularının mövqelərinə zərbələr endirirdilər. Bu, T-50 təyyarəsini amerkan rəqibləri ilə müsayisə etmək üçün yaxşı imkan idi.

Su-57

Təyinatı 

T-50 - ilk növbədə Su-27 ağır qırıcısının "varisi" olaraq hazırlanırdı. Buna baxmayaraq, yeni maşının fəaliyyət dairəsi daha genişdir - Su-57 çoxməqsədli qırıcı təyyarədir.

Su-57 aşağıdakı problemləri həll etmək üçün istifadə edilə bilər:

  • Hava hədəflərinin tutulması;
  • Havada üstünlüyün əldə edilməsi;
  • Hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi;
  • Bütün növ yerüstü hədəflərin, o cümlədən kiçik ölçülü mobil obyektlərin və yaxşı qorunan stasionar istehkamların axtarışı və məhv edilməsi;
  • Kəşfiyyat;
  • Radio-elektron mübərizə.

Əsasən hava hücumları üçün nəzərdə tutulmuş Su-27 təyyarəsindən fərqli olaraq, Su-57 daha universaldır və az görünən olması tapşırıqları yerinə yetirməyi asanlaşdırır. Yaradıcıları təyyarənin beşinci nəsil amerikan qırıcılarına uğurla müqavimət göstərəcəyindən əmindirlər.

Su-57

Konstruksiyası

Təyyarənin görkəmində, P.O.Suxoy adına TKB-da yaradılan digər modellərlə müəyyən bir oxşarlığı özünü biruzə verir, lakin, hətta səthi nəzər saldıqda, Su-57-nin sələflərinə nisbəytən daha çox “yastı” olduğu aydın görünür. Bu forma, təxmin etdiyiniz kimi, radara görünmə qabiliyyətini azaltmaq üçündür.

Kokpit

Su-57-nin fənərinin gələcəkdə dəyişikliklərə məruz qalacağını ehtimal etmək olar. Bununla birlikdə, fənərin daxili hissəsinə vurulan radar şüalanmasını udan örtüyün yerində qalacağından şübhə etməmək olar. Eyni zamanda, təyyarənin Su-27-dən fərqlənməyən arxa hissəsinin dəyişəyəciyini də gözləmək olar.

Kabinənin daxili hissəsi bir qədər Su-35C qırıcısını xatırladır - avadanlıq baxımından unifikasiya diqqəti çəkir. Kabində üç çoxfunksiyalı indikator mövcuddur: onlardan ikisi 15-düymlük ekranlarla təchiz olunmuşdur, üçüncüsü isə bir qədər kiçikdir, digərləri ilə müqayisədə sağ tərəfdə və aşağıda yerləşir. Bundan başqa, məlumatları göstərmək üçün geniş formatlı kollimasiya sistemindən istifadə olunur - məlumatların bir hissəsi pilotun dəbilqəsinin şüşəsinə proyeksiya edilir. Kokpitdə səs məlumatlandırcısı və oksigen generatoru vardır.

Su-57

Avionika

Əgər dördüncü nəsil təyyarələrində bir radar stansiyası quraşdırılırsa, Su-57 beş antennaya malik olan radar kompleksi ilə təchiz edilmişdir. Bu, qırıcını onu əhatə edən məkanı izləmə qabiliyyətinə malik olan "ağıllı korpus" ilə təchiz etməyə verir. Bundan əlavə, avadanlığın tərkibinə optiki-elektron lokasiya sistemi daxil edilib.

T-50 modelinin  əsas bort radarının 1526 ədəd qəbuledici-ötürücü modullardan ibarət olan aktiv fazalı antenna qəfəsi uzaq məsafələrdə yerüstü, dəniz və hava hədəflərinin aşkar və müşayət edilməsini, həmçinin raketlərin buraxılmasını təmin edir. Qırıcının qanadının ön hissəsində, "stels" texnologiyalarından istifadə edərək hazırlanmış düşmən təyyarələrini aşkar etməyə imkan verən və desimetr diapazonunda işləyən başqa bir radar  quraşdırılmışdır.

Avionikanın dəqiq xüsusiyyətləri hazırda gizli saxlanılır. Bundan əlavə, onun zamanla dəyişdirəcəyi istisna olunmur.

Su-57

Planer

P.O.Suxoy adına TKB-nun əvvəlki təyyarələri kimi, T-50 qırıcısı da inteqral quruluşlu aerodinamik sxemə malikdir - trapesiyaşəkilli qanad və füzelyaj vahid səthi təşkil edir. Təyyarə daha "yastı" hala gəldiyi üçün, bu iki elementin nisbəti bir qədər dəyişdirilmişdir. Bu səbəbdən də füzelyaj xeyli genişlənib.

Qanadın ön hissəsindəki axın elementinə diqqət yetirməyə dəyər. Pilot, Su-57 modelində eksperimental Su-37 qırıcısındakı ön üfüqi dayaq ilə eyni funksiyanı yerinə yetirən bu elementi döndərə bilər ki, bu da təyyarənin manevr qabiliyyətini artırır. Ön üfüqi dayağın (ÖÜD) ayrı bir element kimi mövcud olması təyyarənin sistemlərinin etibarlılığını bir qədər azaldır, eyni zamanda, effektiv səpələnmə səthini artırır, yəni təyyarəni radarlara daha görünən edir, buna görə də, ÖÜD-dan  istifadə etməmək qərarı qəbul edilib.

Yüksəkdə yerləşən qanadların mexanizasiyası flaperonlar, eleronlar və yayındırılan ucluqlar tərəfindən təmin edilir. T-50 modelinin killəri radio dalğaların dağılmasını təmin edəcək bir şəkildə quraşdırılmışdır.

Kompozit materialların istifadə planerin çəkisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Bundan başqa, Su-27-dən fərqli olaraq, planerin konstuksiyas daha sadədir. Konstruktorlar bunun təyyarənin seriya istehsalını sadələşdirəcəyini, təmirini isə asanlaşdıracağını düşünürlər.

Su-57

Güc qurğusu

T-50-nin əsas mühərriki hələlik rəsmi işarələmə verilməmiş "tip 30" aqreqatı olmalıdır. Qırıcının  belə mühərrik ilə sınaq uçuşlarının başa çatmasına baxmayaraq, aqreqat barədə məlumat hələ də azdır. Mühərrikin tamamilə yeni olduğu aydındır və onun təxmini dartma gücü - 18000 kgf təşkil edir.

İlk mərhələdə beşinci nəsil rus qırıcısına AL-41F1 mühərrikləri quraşdırıldı. Onların dartma gücü forsajda 15000 kgf, normal rejimdə - 9500 kgf təşkil edir. Mühərriklər həm də idarəolunan dartma vektoruna (20 dərəcəyə qədər) malikdirlər.

Mühərrikləri yerləşdirmək üçün tənzimlənən hava girişləri və geniş ara məsafəsi olan qondolalardan istifadə edilir.

Su-34, Su-57, Su-35 (soldan sağa)

Taktiki-texniki xüsusiyyətləri

Su-57 təyyarəsi ilə bağlı rəsmi məlumatlar gizli saxlanılır. Bu səbəbdən, onun xarakteristikalarını texniki şərtlər və mediada tapılan digər açıq məlumatlara əsaslanaraq yalnız təxmin etmək olar. Təyyarənin uçuş xüsusiyyətləri bunlardır:

  • Səs sürətinə qədər olan sürətlərdə uçuş məsafəsi: 4300 km qədər;
  • Səsdən yüksək sürətlərdə uçuş məsafəsi: 2000 km qədər;
  • Praktiki tavan: 20.000 m;
  • Eniş zolağı: 100 m;
  • Qalxış zolağı: 350 m;
  • Maksimum yüklənmə: müsbət - 10G, mənfi - 11G;
  • Kreyser sürəti: 2 Max; 
  • Maksimal sürəti: 2.45 Max.

İki asma çənlərdən istifadə zamanı uçuş məsafəsi 5500 km-ə qədər artırıla bilər.

Təyyarənin ESS (effektiv səpələnmə səthi) ölçüsünü xarakterizə edən heç bir məlumat yayımlanmayıb. Xarici mütəxəssislərin bu barədə olan fikirlərini ruslar qəbul etmir və məlumatların həqiqəti əks etdirmədini bildirirlər. Lakin, T-50 qırıcısının ölçülərinin F-22 Raptordan bir qədər böyük olduğunu nəzərə alsaq, nəzəri cəhətdən rus təyyarəsinin radarlarda daha tez görünəcəyini təxmin etmək olar.

Su-57

Su-57-nin üstünlükləri və mənfi cəhətləri

Təyyarənin sınaqlarının tamamlanmadığını və Suriyada döyüş istifadəsi ilə bağlı məlumatın açıqlanmadığını nəzərə alsaq, T-50 qırıcısının həm müsbət, həm də mənfi xüsusiyyətləri barədə nə isə söyləmək olduqca çətindir.

Lakin, maraqlı faktlar mövcuddur Məsələn, Hindistan Su-57 proqramında iştirakdan imtina edib. Hind hərbiçiləri təyyarənin avadanlıqlarının beşinci nəsil qırıcılarına qarşı irəli sürülən tələblərə cavab vermədiyini, üstəlik, onun azgörünən olmadığını bildiriblər. Doğrudur, rusiyalılar bunlarla da razılaşmırlar, lakin təyyarənin bir mənfi cəhətini onlar da inkar edə bilməzlər - Su-57 hələ də seriya şəklində istehsal olunmur, rusların onun rəqibi saydıqları F-22 Raptor isə artıq HHQ-də xidmət edir. F-35 Lightning II isə həm istehsal olunur, həm də ixrac.

Su-57

Qırıcının əsas silahları

T-50 təyyarəsi 9-A1-4071K avaisiya topu ilə təchiz edilmişdir. Bu, yaxşı tanınan QŞ-30-1 topunun təkmilləşdirilmiş versiyasıdır. Əsas silah kompleksi "hava-hava" və "hava-yer" raketlər dəstindən ibarətdir. Onlar daxili bölmələrdə (bu halda təyyarənin maksimal gizliliyi təmin olunur), həm də xarici asma qovşaqlarında yerləşdirilə bilər.

Standart variantda təyyarə hava hədəflərini vurmaq üçün 8 ədəd orta mənzilli RVV-SD və 2 ədəd qısa mənzilli RVV-MD raketləri ilə təchiz edilə bilər. Gələckdə RVV-SD əvəzinə 180 kilometrlik məsafədə düşmənin yüksək manevr qabiliyyətinə malik olan təyyarələrini vurmağa imkan verən K-77M raketlərindən də istifadə etmək mümkün olacaqdır. Bu, Su-57-ni qırıcı kimi potensialını böyük dərəcədə genişləndirəcəkdir.

Yer hədəflərini məhv etmək üçün, daxili bölmələrdə 8 ədədə qədər XAB-500 tənzimlənən aviasiya bombası, və yaxud ən yeni X-59MK2 raketi də daxil olmaqla, ümumi çəkisi 4,220 kq qədər olan idarə edilən raketləri yerləşdirmək olar. Su-57-nun döyüş yükünün ümumi çəkisi 10 tona çatır.