Bazar günü keçirilmiş Monako Qran Prisində qalib kubokunu başı üzərinə qaldıran Mercedes komandasının Britaniyalı pilotu Lyuis Həmilton oldu. Podiumin ikinci pilləsinə çıxan pilot , altınıcı gün poulu əldə etmiş Daniel Rikkardo idi. Bu yarışda ən böyük uğuru qazanan və podiumu tamamlayan Force İndia komandasının pilotu Serxio Peres oldu. Qeyd etmək lazımdır ki, yarışın taleyini həll edən anın Red Bul komandasının pit-stop zamanı yol verdiyi bağışlanılmaz səhvi oldu.

Dəniel Rikkardonu ikinci pit-stopa çağıran komandanın özünün bu pit-stopa hazır olmaması Avstraliyalı pilota çox baha başa gəldi.  Emblemində öküz çəkilmiş Red Bull Racing komandasının bu «öküzcəsinə» hərəkətdən ən çox qazanan pilot Həmilton oldu.

Podiumda duran Rikkardonun üzündəki ifadə Avstraliyalı pilotun qəlbində tüğyan edən hissləridən aydın xəbər verirdi. Əslində bu qələbəyə ən çox layiq olan pilot elə Rikkardo idi - yağmurlu hava şəraitində liderliyi əldən verməyən pilot  bütün yarış boyu səhvə yol verməmişdi.

Ümumiyyətlə, Monte-Karloda keçirilən yarış bol qəzalarla və təhlükəsizlik avtomobili rejimindən istifadənin intensivliyi ilə yadda qaldı. Əlbəttə, Monte-Karlonun dar küçələrində bolidləri quru havada belə idarə etmək elə də asan iş deyil - pilotlar baryerlərə maksimal yaxınlaşmaq məcburiyyətindədirlər. İndi təsəvvür edin ki, bu problemlərin sırasına bir də qeyri-stabil hava şəraiti əlavə olunur.

Yarışın lideri Maylanderdir

Bu səbəbdən də, Çarli Uaytinq yarışı təhlükəsizlik avtomobilinin müşayəti ilə başlamaq qərarına gəldi. Səkkizinci dövrədə treki tərk edən təhlükəsizlik avtomobilinin ardınca siftə  Renault komandasının pilotu Palmerdən  gəldi - start-finiş düzlüyündə boludin idarəetməsini itirən pilot Monakodakı baryerləri «öpən» ilk pilot oldu. Hava şəraiti həmin gün marşalların darıxmayacağından xəbər verirdi. 

Trekin təmizlənməsi üçün virtual təhlükəsizlik avtomobili rejiminin elan edilməsində istifadə edən Batton, Nasr və Kvyat aralıq yağış şinlərinə keçək pilotlar oldular. Restartdan sonra Rikkardo onu rtəqib edən Mercedes pilotları ilə aranı açmağa müvəffəq oldu. 11-ci dövrədə səhvə yol verən Rəykkonen ön qanadını sındırdı.

Qabaq təkərin altında ilişib-qalan qanad onun yarışdan kənarda qalmasına səbəb oldu. 15-ci dövrədə tempin itdiyini görən Rosberq komanda yoldaşı Həmiltonu irəli buraxdı və Həmilton tempi artıraraq Rikkardo ilə aranı azaltmağa atıldı.

Qanına qəltan edilmiş Renault bolidi

21-ci dövrədə baryerlərlə yaxın münasibətdə olmaq növbəsi Kvyatla Maqnussenə nəsib oldu. Maqnussen yarışı davam etdirsə də rus pilot yarışı tərk etməli oldu. Elə həmin dörvədə də Rosberq və Massa pit-stop həyata keçirmiş oldular. Bu arada Ferstappen  Battonu geridə qoymaöa müvəffəq oldu. 23 dövrədə aralıq təkərlərə keçən Rikkardo ikinci yerə gerilədi. Lakin, tezliklə o Həmiltonu haqlamış oldu.

Lyuis isə öz növbəsində düzgün qərar qəbul edən pilotlardan biri oldu - trekin quruduğunu görən Britaniyalı pilot pit-stopu maksimum gec keçirmək və birdəfəlik quru hava üçün təkərlərə qərarına gəldi. 30-cu dövrədə ilk olaraq quru hava üçün şinləri taxan pilot Eriksson oldu. Onun arxasınca Peres və Batton (31-ci dövrə), Həmilton, Rosberq, Fettel, Hülkenberq, Sayns və Ferstappen (32-ci dövrə) sliklərə keçmiş oldular.

Red Bull komandasının Rəhim Əliyevi özündən çıxaran hərəkəti

33-cü dövrədə pitə yollana Rikkardo bir neçə saniyə təkərlərin gətirilməsini gözlədi və komandanın bu naşılığı üzündən Həmiltonun arxasına düşmüş oldu. Bundan sonra yarışı izləyən azarkeşlər hər iki pilotun gərgin mübarizəsinin şahidi oldular. Rikkardonun çox saylı cəhdlərinə baxmayaraq Lyuis ona ötmə şansını vermədi və hətta bir dəfə çox sərt şəkildə onun hücumunun qarşısını aıldı.

Rikkardonun gənc komanda yoldaşı Maks Ferstappendə verdiyi sözü tuta bilmədi və növbəti dəfə baryerlərlə salamlaşmalı oldu. Lakin, Maksdan öncə dəfələrlə baryerləri dəlmə-deşik etmiş və trekdə bir neçə ön qanadı qoyan Maqnussen yarışı tərk etmiş oldu. Yarışın sonlarına doğru yağışın damcılamasına baxmayaraq, bu dəfə hadisəsiz ötüşmək mümkün oldu.

Beləliklə, Lyuis Həmilton karyerasındakı 44-cü qələbəsini əldə etmiş oldu. Monakodakı yarışdan sonra pilotlar çempionatına 106 xalla Niko Rosberq başçılıq edir. Onu 82 xal toplamış Həmilton təqib edir.  Üçüncü yerdə 66 xalla günün şanssız pilotu Rikkardo qərarlaşmışdır. Çempionatın növbəti mərhələsi 10-12 iyun tarixlərində Kanadada keçiriləcəkdir. Kanadadan sonra çempionatı qəbul etmək növbəsi Azərbaycanımızın olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt