Banisi Ferdinand Pixin oğlu Anton olan Piech Automotive AG şirkəti Cenevrə avtosalonunda Mark Zero elektrik konseptini təqdim edəcəkdir. Sportkarın yaradıcıları global elektrikləşmə zamanı puristlər üçün avtomobilin belə olacağını hesab edirlər.

Piech Mark Zero sənaye dizayneri olan Rea Stark Raciçin komandası ilə birlikdə yaradılıbdır. Onlar tərəfindən yaradılan çevik platforma istənilən növ güc aqreqatını istifadə etməyə imkan verir. Avtosalonda isə, mərkəzi tonnel və arxa oxun üzərində quraşdırılımış batareyaları olan  və sırf elektrik güc aqreqatı ilə təchiz edilmiş sportkar nümayiş etdiriləcəkdir.

Piech Automotive mühəndisləri daha az istilik ayıran və maye ilə iri soyutma sistemini tələb etməyən yeni növ akkumulyator özəklərindən istifadə ediblər. Bu texnologiya Mark Zero modelinin çəkisini 1800 kiloqram səviyyəsində saxlamağa imkan verib. WLTP metoduna əsasən elektrokar 500 kilometr məsafə qət etmək iqtidarındadır. İşlərin maliyyələşdirilməsi üçün Anton Pix şəxsi vəsaitlərindən istifadə edib. Qeyd etmək lazımdır ki, şirkətin Volkswagen Group ilə heç əlaqəsi yoxdur.

Porsche 911 modelinin ideoloji davamçısı olan klassik sportkar ölçülərinə malik olan avtomobilin yaradılıcağı barədə  məlumat 2017-ci ilin payızında peyda olub. İstehsalçının saytında sonradan qrand-turerin, dördyerli sportkarın, arxamühərrikli kupe və hiperkarın yaradılıcığı da bildirilirdi. Hazırda söhbət krossover və premium sinif sedanından gedir.