McLaren komandasının ispan pilotu Fernando Alonso iddialı Maks Ferstappenin hücumlarını çətinliklə dəf etdiyini bildirib. Keçən həftə Formula 1 çempionatının ilk mərhələsi Avstraliyanın Melburn şəhərində keçirlib. İspan pilot ilk yarışda Ferstappeni arxda qoyaraq beşinci yerdə finiş görüb.

“Bu çox çətin idi, -Alonso müsahibəsində etiraf edib. – Maks Ferstappeni güzgülərdə görürsənsə, bu hər zaman böyük riskin olduğu deməkdir. O, çox istedadlı pilotdur və təhlükəli və aqressiv hücum etməyə qadirdir. Bu səbəbdən də daima ara məsafəsini diqqət mərkəzində saxlamaq gərəkdir.

Xırda belə səhv etmək olmaz – o, dərhal bundan istifadə edəcəkdir.

Mübarizə çox maraqlı alındı və onun hücumlarının qarşısını ala bildim. Növbəti yarışlarda ondan daha irəlidə olacağıma ümid edirəm”.