McLaren komandası Fernando Alonsonun Abu-Dabi Qarn Prisində istifadə edəcəyi bolidin rənglərini nümayiş etdirib.

İspan pilot Formula 1 çempionatındakı son qran prisinə xüsusi livreyaya malik olan MCL33 bolidində çıxacaqdır. McLaren komandasının narıncı rənginə ikiqat dünya çempionunun dəbliqəsindəki mavi, sarı və qırmızı rənglər əlavə olunacaqdır. Bu rənglərlə bərabər mühərrik bölümünün qapağına xüsusi FA loqotipi də yerləşdiriləcəkdir. Bu loqotip kokpitin yan pontonların önünə də vurulacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Sonuncu dəfə McLaren komandası xüsusi livreyanı 1986-cı ildə Portuqaliyada Keke Rosberqin avtomobilində istifadə edib. O zaman bolid Marlboro-nun qırmızı-ağ rəngləri əvəzinə sarı-ağ rəngə boyanmışdı.