Bir müddən bundan öncə Ferrari şirkəti 488 GTB modelinin "bərkgedən" variantının video tizerini yayıb. Bu günlərdə "Autocar" nəşrinin dərc etdiyi şəkillərdə yeni modifikasiyanın Pista adlandırılacağı aşkar olunub.

Bu model italyan markasının səkkiz silindrli mühərriki ilə təchiz edilən ən güclü mülki avtomobili olacaqdır. Superkar haqqında ilk məlumatı FerrariPhotoPage saytı dərc edib. Yeni superkar Ferrari 488 Challenge modifikasiyasının  təkmilləşdirilmiş mühərrikini əldə edəcəkdir.

Beləliklə, 488 Pista superkarı 700 at qüvvəsi hasil edən 3,9-litrlik V8 turbomühərrikinə sahib olacaqdır. Eyni zamanda, təkmilləşdirilmiş mühərrik sələfindən 10% yüngül olacaqdır. Ferrari 488 Pista modeli digər Ferrari modellərinə nisbətən daha çox karbondan hazırlanmış detallara sahib olacaqdır. Avtomobilin kapotu, bamperləri, arxa spoyleri, cihazlar paneli və mərkəzi tonneli karbonplastikdən hazırlanacaqdır. Yeni kuzov dəsti elementləri sayəsində superkarın aerodinamik göstəriciləri 20% yaxşılaşacaqdır.

Bundan başqa, superkar yüngülləşdirilmiş interyerə, alüminium döşəməyə, standart disklərdən 40% yüngül olan təkər disklərinə, Michelin Sport Cup 2 şinlərinə və aktiv arxa antiqanada sahib olacaqdır.  Üstəlik, modelin sükan çarxının və transmissiyasının tənzimləmələri adi 488 GTB modelindən fərqlənəcəkdir.

Image alt Image alt Image alt