Ferrari şirkəti yeni F8 Tributo superkarının aerodinamikasının xüsusiyyətləri barədə məlumat verib. Ferrari 488 GTB modelinin əvəzləyicisi olan avtomobildə bir sıra texnologiyalar avtoidmandan götürülüb.

Məsələn, Ferrari F8 Tributo modelinin ön bamperində şaquli yerəbasma gücü hasil edən və hava axınını superkarın arxa hissəsinə yönəldən S-şəkilli hava yönləndiricisi (S-Duct) quraşdırılıb. Müasir S-Duct sisteminin əsasını Ferrari F2008 bolidinin hava yönləndiricisinin qoyduğu hesab edilir. F8 Tributo modelinin arxa abtiqanadı daha enlidir, onun mailliyi, və müvafiq olaraq yerəbasma gücü də çoxdur.

Ferrari F8 Tributo modelinin altlı tamamilə hamardır. Altlıq hava axınını əyləclərə effektiv şəkildə yönləndirən yeni diffuzorla təchiz edilib. Orada quraşdırılmış yerəbasma gücünü artıran axın generatorları buraya 488 Spider modelindən köçürülüb. Bundan başqa, F8 Tributo yarış 488 Challenge avtomobilindən alınmış aktiv çəpərcikləri olan arxa diffuzora və arxa hava girişlərinə sahib olub. Bu yeniliklər sayəsində F8 Tributo modelinin aerodinamik effektivliyi 488 GTB modelinə nisbətən 10% yaxşılaşıb.