Ferrari şirkəti 56 min manat qiyməti olan titandan hazırlanmış xüsusi qələmi buraxıb. Icona xəttinin ikinci modeli olan Daytona SP3 tarqasından ilhamlanan Montblanc Ferrari Stilema SP3 perolu qələmi innovativ mürəkkəb doldurma mexanizminə malikdir.

Qələmin hazırlanmasında titandan əlavə ağ qızıl və qırmızı qatrandan da istifadə olunub. Qələmin dizaynı Ferrari avtomobillərinin ilkin eskizlərini xatırladır. 

Ferrari şirkəti tərəfdaş seçiminə çox diqqətlə yanaşır, ona görə də dünyada məşhur italyan istehsalçısı ilə əməkdaşlığı ilə öyünə bilən çox az brend var. Dəbdəbəli aksessuar və əşyaların istehsalçısı kimi tanınan məşhur Montblanc markası bu baxımdan çox şanslıdır.

2021-ci ildə şirkət Enzo Ferrariyə həsr olunmuş bir sıra kolleksiya qələmlərini buraxıb. İndi isə, brendin baş dizayneri Flavio Manzoni Montblanc ilə əməkdaşlıqda daha bir unikal aksessuarı - Montblanc Ferrari Stilema SP3 perolu qələmini yaradıb.

Stilema qələminin dizaynı Daytona SP3 tarqasının görünüşünə əsaslanır. Montblanc qələmin korpusunu  özü üçün qeyri-tipik olan titandan hazırlayıb, həmçinin qələmin ucundakı yarışəffaf qırmızı bıçağın arxasında gizlənmiş unikal mürəkkəb doldurma mexanizmini yaradıb.

Manzoninin sözlərinə görə, Stilema SP3 gələcək avtomobilin formasının axtarılması prosesinin təcəssümüdür. Yeni Ferrari modellərinin mücərrəd eskizləri məhz belə görünür – burada önəmli olan detallar deyil, vizual görüntünün saflığı və harmoniyasıdır. Korpusdakı xətlər Daytona SP3 tarqasına, eləcə də əfsanəvi Ferrari Testarossa modelinə işarə edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qələm mükəmməl şəkildə balanslaşdırılıb və hamar səthlərə malikdir, buna görə də Manzoni onu cibdə saxlamaqdansa, masanın üstündə saxlamağın daha yaxşı olduğunu düşünür. Stilema SP3 qələminin perosu 18 karatlıq ağ qızıldan əl ilə hazırlanır, həm yazmaq, həm də eskiz çəkmək üçün mükəmməl bir alətdir.

Monblanc Stilema SP3 qələminin tirajı 599 nüsxədən ibarətdir. Onun qiyməti 30,800 avro təşkil edir. Müqayisə üçün, Great Characters Enzo Ferrari Limited Edition 1898 perolu qələmi 4 000 dollara başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.