Ferrari şirkəti yeni superkarın ilk görüntüsünü yayıbdır. Yeni superkar 17 sentyabr tarixində keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir. Zavoddaxili F176 indeksinə malik olan spidster 812 Superfast modelinin bazasında inşa ediləcəyi ehtimal olunur.

Ferrari 812 Monza adlandlırılacaq superkar 2000-ci ildə təqdim edilmiş Ferrari Rossa konseptinə bənzəyəcəkdir. Avtomobilin dizaynı Pininfarina atelyesi tərəfindən 250 Testa Rossa modelindən ilham alınaraq hazırlanmışdır. Yeni superkarın seçilən elementləri alçaq alın şüşəsi və relyefli təhlükəsizlik qövsləri olacaqdır. Superkarın güc qurğusu barədə məlumat verilməyib.

Adi Ferrari 812 Superfast modeli 800 at qüvvəsi hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilir.

Yeddi pilləli iki muftalı robotlaşdırılmış qutu ilə tandemdə çalışan mühərrik superkarı 100 km/saat həddinə 2,9 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti 340 km/saatdır.