Fiat şirkəti 500e şəhər avtomobilinin 3 + 1 indeksli yeni versiyasını təqdim edib. Elektrokarın indeksindəki rəqəmlər onun qapılarının sayına işarə edir. Eyni zamanda, elektrokarın alternativ mühərrik və daha kiçik batareya ilə təchiz edilən, qiyməti 15.000 avro ucuz olan büdcə versiyası da debüt edib.

Ailə avtomobili kimi səciyyələndirilən Fiat 500e 3 + 1 modeli üç standart qapıya əlavə olaraq mini qapıya sahib olub. Bu qapı avtomobilin çəkisini 30 kiloqram artırıb. Mini qapı sağ tərəfdə yerləşir, hərəkət istiqamətinin əksinə açılır və arxa sərnişinlərin minib-düşməsini asanlaşdırır. Eyni zamanda, qapı nın dəstəyi yoxdur və yalnız ön qapıdan sonra açılır.

Satışların başlanğıcında LED fənərlər, yol nişanlarınıı tanıma sistemi, parkinq sensorları və bir sıra sürücü köməkçiləri ilə təchiz olunan bahalı 500e 3 + 1 La Prima versiyası da təklif ediləcəkdir. Salonda media sistemin süzən 10,25-düymlük sensorlu ekranı, cihazların simsiz doldurulması üçün meydança və yuvarlaq rəqəmsal cihazlar paneli quraşdırılıb.

Bu ilin mart ayında debüt etmiş Fiat 500e modeli 120 at qüvvəli elektrik mühərriki və 42 kilovat-saatlıq litium-ion batareyası ilə təchiz edilir. Elektrokar dolu batareya ilə 320 kilometrə (WLTP) qədər məsafə qət edir. İndi modelin çeşidində 95 at qüvvəli elektrik mühərriki və 23,8 kilovat-saatlıq batareya ilə təchiz edilən versiya da peyda olub. Bu versiyanın yürüş ehtiyatı 180 kilometr (şəhər rejimində 240 kilometr) təşkil edir. Elektrokarın maksimal sürət həddi 150 km/saatdan 135 km/saata endirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fiat Panda Action versiyasının qiyməti 19.900 avrodur. Beləliklə, yeni modifikasiya 120 at qüvvəli hetçbekdən 15.000 avro, kabrioletdən isə 18.000 avro ucuzdur.