Fiat şirkəti Avropa bazarda populyar olan Panda hetçbekini yeniləyib. Doqquz ildir ki buraxılan modeldə baş vermiş əsas yenilik yeddi düymlük sensorlu ekrana malim olan müasir multimedia kompleksidir. Yeniləmə ilə bərabər, model modifikasiya siyahısı da genişlənib.

Yenilənmiş Fiat Panda modeli 15-düymlük təkər disklərinə və bir qədər fərqli ön bamperə malik olan əlçatan City Life versiyasını, habelə 16-düymlük təkər diskləri, parlaq qara eksteryer elementləri və qırmızı əyləc supportları olan Sport versiyasını əldə edib. Modelin çeşidində rənglənməmiş plastikdən kuzov dəsti olan Panda Cross versiyası da qalır.

Bu ilin yayında Panda tərkibinə üçsilindrli 1,0-litrlik benzin mühərriki və 12 voltluq startyor-generator daxil olan "mülayim" hibrid güc qurğusunu əldə etmişdi. Startyor-generator sürətlənmə zamanı mühərrikə kömək edir, start-stop sisteminin işindən məsuldur və əyləcləmə zamanı yaranan enerjini toplayır.

Bundan əlavə, Panda benzinlə və ya LPG ilə işləyə bilən, 69 at qüvvəsi və 102 Nm fırlanma anına malik 1,2-litrlik mühərrik ilə də təchiz olunur. Modelin mühərrik çeşidindəki daha güclü alternativ 80 at qüvvəli 800 kubluq ikisilindrli turbomühərrikdir. Bu aqreqat tamötürməli Fiat Panda modelində quraşdırılır - belə hetçbek üçün mühərrikin hasilatını 85 at qüvvəsinə qədər artırıblar. Transmissiya - beş və ya altı pilləli mexaniki ötürmələr qutusudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Multimedia sisteminin ekranı mərkəzi deflektorların yerini tutub və bu, yeni D-Fence hava təmizləyici sistemi ilə kompensasiya edilib. Eyni zamanda, smartfon üçün nəzərdə tutulan bərkitmə nöqtəsindən də imtina edilib, boş qalan yerdə isə alın şüşəsinə istiqamətləndirilmiş əlavə hava çıxışı quraşdırılıb.

Fiat Panda ucuz qiyməti və bir sıra ölkələrdə təklif edilən xüsusi proqramlar sayəsində Avropa bazarındakı A sinifdə liderlik edir. Məsələn, yenilənmiş hetçbeki İtaliyada 8.2 min avro almaq olar.