Fiat şirkəti 500 modelinin 60 illik yubileyinə həsr edilmiş xüsusi hetçbek və kabrioleti təqdim edib. Anniversario adlandırılan avtomobillər, 1957-ci il 4 iyul tarixində təqdim edilmiş ilk modeli xatırladan retro üslubda eksteryerə malik olacaqdırlar.

Yubiley avtomobilləri iki eksklyuziv rəngdə təklif ediləcəkdirlər. Bunlar yaşıl Riviera Green və narıncı Sicilia Orange rəngləridir. Avtomobilinin dizaynında əsas elementlərindən biri xrom qapaqları olan 16-düymlük dəmir təkər diskləri və markanın adı olan klassik üslubda olan emblemlərdir. Bundan başqa, yubiley seriyasından olan avtomobilləri yan güzgülərin xrom gövdələri və baqaj qapağındakı «Anniversario» yazılarına görə seçmək olar.

Avtomobillərin salonunda isə kuzov rəngində əlavələr, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, TomTom naviqasiyası və yeddi düymlük ekranı olan multimedia sistemi quraşdrılmışdır.

Xüsusi seriya Fiat 500 modelinin bütün xətti üçün əlçatan olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt