Saytımızın daimi izləyiciləri keçən il təqdim edilmiş Fiat 500 Riva xüsusi modifikasiyası barədə məlumatlıdırlar. Bu avtomobil Riva tərsanəsi ilə Fiat şirkətinin birgə layihəsi olmuşdu. Bu günlərdə italyan istehsalçısı dəbdəbəli hetçbekin "qaynar" modifikasiyasını təqdim etmişdirlər.

Abarth 695 Rivale adını almış hetçbek ikioqat akvamarin zolağı və kuzovun eksklyuziv göy və boz rəng sxemi ilə qürrələnə bilər. Avtomobilin interyeri də eksteryerinə müvafiq üslubda tərtib edilmişdir. Salonun tərtibatında göy rəngli dəridən, karbondan və qırmızı ağacdan (opsional) istifadə edilmişdir. 

Abarth 695 Rivale hetçbekinin kapotunun altında 180 at qüvvəsi və 250 Nm fırlanma anı təklif edən 1,4-litrlik benzin turbomühərriki yerləşdirilmişdir. "Qaynar" hetçbek yerindən 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənir və 225 km/saat maksimal sürətə malikdir. Bundan başqa, Fiat şirkəti Riva şirkətinin 175 illik yubileyinə həsr etdiyi Abarth 695 Rivale 175 Anniversary modelini də hazırlamışdır.

Hetçbekin yubiley modifikasiyası həm hetçbek, həm dı kabriolet kuzovları ilə təklif ediləcəkdir. 175 nüsxədən ibarət məhdud tirajla buraxılacaq avtomobil 17-düymlük təkər diskəri, oturacaqların göy-qara dəri ilə üzlənməsi və 175 Anniversary loqotipləri ilə seçiləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt