Filippin prezidenti Rodriqo Dütertenin göstərişi ilə Gömrük orqanları ölkəyə qeyri-leqal yolla gətirilmiş 1,2 milyon dollar dəyərində avtomobilləri məhv edib.

“Onları metal tədarükçülərinə verin, - Düterte bildirib. – Onlar belə avtomobillərə sahib olmasalar da, bu metaldan ölkəyə gərəkli nəisə istehsal etmək iqtidarındadırlar”.

Yalnız keçən il ərzində Gömrük orqanarı ölkəyə illeqal yolla gətirilmiş 2,93 milyon dollar dəyərində avtomobilləri müsadirə edib. Filippində keçən il ümumilikdə 866 milyon dollar məbləğində mallar müsadirə  edilib. “Onlar vəzifəli şəxsləri ələ alaraq gömrük vergilərini ödəmək istəmirlər. Lakin, onlar heç zaman uğur qazana bilməyəcəklər” – maliyyə naziri Karlos Dominges bildirib.O, Manila limanında 20, Davao və Sebu portlarında 10 yaxın avtomobilin buldozerlərlə məhv edildiyini bildirib.

Məhv edilmiş avtomobillərin arasında klassik Corvette Stingtay və Mercedes-Benz, BMW, Audi, Jaguar və Lexus markalarından olan avtomobillər olub. Söylənənlərə görə, bu avtomobillərin arasında 258 min dollar dəyəri olan McLaren superkarı da olub. Lakin, superkarın məhv edildiyi barədə məlumat verilməyib.