Ford şirkəti Mustang GT kupe və kabrioletinin California Special adını almış xüsusi versiyasını təqdim edib. 1968-ci ildə buraxılan modelə həsr edillmiş xüsusi versiya adi avtomobillərdən unikal tərtibat elementləri ilə seçilir.

Shelby GT prototipindən ilham alınaraq 1968-ci ilin orijinal Mustang California Special (GT/CS) modeli tündləşdirilmiş radiator barmaqlığı, duman əleyhinə fənərləri, kuzov boyu vurulan yarış zolağı, yan hava girişləri, Shelby üslubunda spoylerə, dönən kapot  fiksatorları və dəyişdirilmiş ön fənərləri ilə seçilirdi. Modelin istehsalı beş ay yarım davam edib və bu müddət ərzində Ford 4118 ədəd California Special istehsal edib.

Müasir avtomobillər də yarış zolalarına, yan hava girişlərinə, tündləşdirilmiş radiator barmaqlığına və ikirəngli təkər disklərinə sahib olub. Mustang GT California Special modelləri qara dəri və zamşa üzlənmiş,həmçinin qırmızı tikişlərə malik olan oturacaqlarla təchiz edilirlər.

Yeni seriya ilə yanaşı Ford şirkəti fərdiləşdirmə imkanlarını genişləndirdiyini və təklif edilən rəng çeşidinə klassik rənglərin daxil edildiyini bildirib. Bu rənglər arasında Velocity Blue, Need for Green və Dark Highland Green rəngləri vardır. Üstəlik, Mustang GT modelinin təchizatına mühərrikin dövrələrini mexaniki qutu ilə uyğunlaşdıran funksiyanı, həmçinin 10 kanallı 1000 vattlıq gücləndiricisi və 12 dinamiki olan Bang&Olufsen səs sistemini də daxil edib.

Image alt Image alt Image alt Image alt Image alt