Ford şirkəti altıncı nəsil Explorer modelinin üzərindəki sirr pərdəsini götürüb. Yeni Ford Explorer arxadançəkişli platformada inşa edilib. Ofrouder yeni dizayna, genişləndirilmiş elektron yardımçılar siyahısına və hərəkət rejimlərinin tənzimləmə selektoruna sahib olub.

Yeni Ford Explorer Lincoln Aviator modelinin ikinci nəsli ilə eyni platformanı bölüşür. CD6 adlanan platformada mühərrik uzununa yerləşdirilibdir. Bu arxitektura yeni nəsil Ford Mustang modelinin də əsasını təşkil edəcəkdir. Ofrouderin mühərrik çeşidinə 304 at qüvvəsi və 420 Nm hasil edən 2,3-litrlik, həmçinin 370 at qüvvəsi və 515 Nm hasil edən 3,0-litrlik EcoBoost mühərrikləri daxil edilibdir. Güc aqreqatları 10-pilləli SelectShift avtomatik ötürmələr qutusu ilə tandemdə çalışırlar. Vətənində Explorer arxadan və tam çəkiş sistemləri ilə təklif ediləcəkdir.

Ofrouderin yolsuzluq imkanlarını genişləndirən Terrain Managment System yeddi iş rejiminə malikdir: adi, yolsuzluq, dərin qar, qum (yalnız tamçəkişli modifikasiya üçün), sürüşkən yol, idman, yedəyə alma və yeni ekoloji rejim. Bu rejimlərinin hər birinin seçilməsi  halında 12,3-düymlük rəqəmsal cihazlar panelində müvafiq üçölçülü təsvir əks etdirilir.

Yeni Ford Explorer modelinin təchizatına gücləndirilmiş əyləc supportları, 18-21 düym arasında ölçüyə malik olan təkər diskləri, sürət məhdudiyyətini aşkarlama funksiyası olan adaptiv kruiz-kontrol, qəzadan sonra və arxaya hərəkət zamanı avtomatik əyləcləmıə funksiyası, parklanma yardımçısı və Co-Pilot360 təhlükəsizlik kompleksi daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsional Co-Pilot360 Assist+ kompleksi, baza sistemləri ilə yanaşı, tam dayanma funksiyasına malik olan kruiz-kontrolun, maneələri ötüb-keçməyə yardım edən Evasive Steering Assist sisteminin, zolaqda saxlama funksiyasının və səslə aktivləşən naviqasiya sisteminin mövcudluğunu nəzərdə tutur. Bundan başqa, ofrouderin avadanlıq siyahısına 10 qurğunu qoşmağa imkan verən 4G LTE Wi-Fi giriş nöqtəsi, 10,1-düymlük displeyi olan multimedia sistemi, smartfonların induksion doldurulması, dörd USB-port, üç 12-voltluq qidalanma nöqtəsi, 14 dinamikli və sabvuferi olan B&O səs sistemi daxil edilibdir.

Yeni nəsil Ford Explorer modeli Çikaqodakı zavodda yığılacaqdır. Ofrouderin ABŞ bazarındakı satışlarına yay aylarında başlanmalıdır.