Ford şirkəti Avropa ittifaqının intellectual mülkiyyət idarəsinə Mustang Mach-E ticarət nişanının qeydə alınması üçün ərizə ilə müraciət edib. İlkin məlumata görə, bu adı Mustang kupesinin üslubunda dizayna malik olan elektrik krossoverinə veriləcəkdir.

Ford Mustang Mach-E elektrik krossoveri zavoddaxili CX430 kod adı ilə tanınır. Krossover dördüncü nəsil Focus modelinin inşa edildiyi C2 modul platformasında yaradılacaqdır. Zahiri cəhətdən elektrokar tam olmasa da, müyyən detalları ilə Mustang modelinə bənzəyəcəkdir.

Ford Mustang Mach 1

Mustang Mach-E modelinin təqdimatının bu il keçiriləcəyi ehtimal olunur. Krossoverin satışlarına 2020-ci ilin birinci yarısında başlanacaqdır. Ford elektrokarın batareyaları doldurmadan 600 kilometr qət edəcəyini bildirib.

Əvvəllər Mach 1 indeksi Mustang modellərinin xüsusi versiyaları üçün istifadə edilib. Belə fastbəklər təkmilləşdirilmiş asqı, kapotdakı hava girişi və daha güclü mühərrik ilə seçilirdilər.