Ford şirkəti öz dilerləri ilə illik görüş tədbirini yeni nəsil Bronco modelinin təqdimat meydançası kimi istifadə edib. Konfransın iştirakçılarına avtomobilin ilk prototipinin ikiqapılı versiyası nümayiş etdirib. Ford nümayəndələri dördqapılı ofrouderin və pikap versiyasının da olacağını bildiriblər.

«Automotive News» saytının məlumatına görə, növbəti nəsil Ford Bronco modeli çıxarılan qapılara və dama malik olacaqdır. Bu panellər baqaj bölümündəki xüsusi bölümə yığılacaqdırlar. Avtomobilin yan güzgüləri ön dayaqlara bərkidiləcəkdir.

Bronco prototipini görənlər, avtomobilin eksteryernin retro üslubunda dizayna malik olduğunu iddia edirlər. Yeni Bronco düzbucaqlı forması və «Bronco» yazısı olan radiator barmaqlığına, həmçinin klassik modeldə olduğu kimi yumru formalı fənərlərə sahib olacaqdır. Yenio ofrouderin 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.