Bizə tanış olamayan Ford Equator modeli xüsusi olaraq Çin bazarı üçün yaradılmış iki və ya üç cərgəli salona malik olan iri krossoverdir. Burada Equator krossoveri Explorer modelinin əlçatan alternativi hesab olunur. “Ekvator” modelinin əsasında eninə yerləşən mühərriki olan ön ötürməli platforma təşkil edir.

Krossoverin qiyməti 26 min dollardan başlayır. Adını çəkdiyimiz Explorer modeli isə minimum 48 min dollara satılır. Equator modeli yeri alıcıların rəğbətini qazana bilib: hər ay iki min avtomobil öz alıcısını tapır. İndi isə, Quançjou avtoslonunda Equator modelinin kiçik qardaşı təqdim olunub.

Qısaldılmış variant Ford Equator Sport adlanır, yeni model beş yerlik salona və 139 millimetr (2726 millimetr) kiçildilmiş təkər bazasına, habelə 275 millimetr (4630 millimetr) qısaldılmış uzunluiğa malikdir. Əlavə olaraq, krossover 43 millimetr (1706 millimetr) alçaq olub. Yəni, Equator Sport modeli amerikan Ford Edge modelindən də yığcamdır.

Kuzovun arxa hissəsi tamamilə yenidir, hətta arxa şüşənin maillik bucağı da artırılıb. Ön tərəfdə də dəyişiklik var: burada yeni fənərlər, gündüz hərəkət işıqları və radiator barmaqlığı quraşdırılıb. Buna baxmayaraq, ön tərəfin dizaynı uzun versiyada olduğu kimidir. Krossover 20-düymlük təkər diskləri ilə təchiz edilir.

Eyni yanaşma interyer tərtibatına da aiddir. Arxitektura olaraq burda hər şey “böyük” modeldə olduğu kimidir: cihazlar panelinin və mediasistemin ekranları vahid şüşənin altında yerləşirlər, ikisəviyyəyi mərkəzi tunel, transmissiyanın şaybası var.

Lakin ön panelin özü başqadır, düymələrin yerləşməsi dəyişdirilib, hətta qapı panelləri də orijinal dizayna malikdirlər. Equator Sport modelinin təchizatına panoram dam, dairəvi görüntü kameraları, habelə kamerası və radarı olan Co-Pilot360 adaptiv kruiz-kontrolu daxildir.

Nəhayət, Equator Sport böyük qardaşından güc aqreqatı ilə də fərqlənir. Əgər Equator modeli 224 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və 6-pilləli “robot” ilə təklif edilirsə, qısaldılmış versiya üçün 170 at qüvvəsi və 260 Nm hasil edən 1,5-litrlik EcoBoost “turbodördlüyü” və iki yaş muftası olan 7-pilləli “robot” nəzərdə tutulub.

Hər iki avtomobil öndən ötürməlidir, tam ötürmə ümumiyyətlə planda belə yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Equator Sport modeli böyük Equator modelinin istehsal edildiyi JMC-Ford birgə müəssisəsində buraxılacaqdır. Hər iki model yalnız Çin bazarında satılacaqdır. Satışlar 2022-ci ilin birinci rübündə başlamalıdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.