ABŞ polisi üçün xidməti avtomobillərin ən böyük tədarükçüsü olan Ford şirkəti, demək olar ki, bütün modellərini hüquq-mühafizə orqanlarının işinə uyğunlaşdırır. Şirkətin tarixindəki ilk seriya elektrik pikap olan Ford F-150 Lightning modeli də istisna deyil. Pikap şirkət mütəxəssisləri tərəfindən amerikan polisləri ilə birlikdə xidmət aparacaq Pro Special Service Vehicle patrul avtomobilinə çevrilib.

Polis versiyası təkcə tanınan qara-ağ kuzov rəngi və sayrışan LED işıqları ilə deyil, həm də öndəki güc bamperi ilə seçilir. F-150 Lightning Pro SSV modeli həmçinin elektrik çıxışı olan Mega Power Frunk ön baqajına və onun xarici cihazları qidalandıran elektrik enerjisi mənbəyi kimi istifadə edilməsinə imkan verən Pro Power sisteminə malikdir.

Salonda tam polis geyimində əyləşmə asanlığı təmin edən azaldılmış yan dəstəkləri olan yeni ön oturacaqlar var, onların arxalıqlarına isə metal qoruyucu təbəqələr quraşdırılıb. Ön oturacaqlar parça ilə, arxa divan və döşəmə isə vinillə üzlənir.

Bundan əlavə, Ford mühəndisləri əlavə polis avadanlığının quraşdırılmasını asanlaşdırmaq üçün mərkəzi tuneli yenidən işləyib və ön şüşənin üstündəki mərkəzi konsolu gücləndiriblər. Modeldə praktiki olaraq heç bir texniki dəyişiklik yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polis üçün eksklüziv olaraq, 458 və 588 at qüvvəli güc qurğuları olan tam ötürməli F-150 Lightning pikapları təklif edilir. Belə versiyaların yürüş məsafəsi, müvafiq olaraq, 370 və 510 kilometrdir. Bütün pikapların təchizatına Ford Co-Pilot 360 sürücüyə yardım dəsti daxildir. Bundan başqa, elektrik pikapları avtoparkı onlayn idarə etməyə imkan verən Ford Pro platformasına qoşula bilərlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.