Ford şirkəti Ranger modelindən bir pillə aşağıda qərarlaşacaq ucuz pikapı buraxacağını rəsmi olaraq təsdiqləyib. Bu barədə məlumatı, amerikan istehsalçısının qlolbal bazarlar üzrə prezidenti Cim Farli verib.

Farlinin sözlərinə görə, pikapların istehsalı üzrə plana əsasən, Ford « daha əlçatan seqmentlərə sərmayə qoymaq»  fikrindədir. O, həmçinin indi istehsal edilən pikaplardan bir pillə aşağıda duracaq yeni modeli gözləməyi məsləhət görüb. Bununla belə, Farli modelin debüt tarixini və belə avtomobillərin hansı bazarlarda satılacağını dəqiqləşdirməyib.