Ford şirkəti “bərkgedən” tamötürməli Focus RS modelindən imtina etsə də, önötürməli Focus ST modelini təkmilləşdirməyə davam edir. Ford Performance bölməsi baza modelindən gclü olmasa da, lakin yaxşı idarəetmə xarakteristikalarını vəd edən yeni Focis ST Edition versiyasını təqdim edib.

Edition versiyası 280 at qüvvəli 2,3-lirlik EcoBoost benzin turbomühərriki, mexaniki ötürmələr qutusu və eLSD differensialı (elektron idarə edilən disk kilidlənməsi olan) ilə təchiz edilmiş və Performance paketinə (paketin tərkibinə launch Control və Track Drive rejimi daxildir) malik olan hetçbekin bazasında yaradılıb.

Qeyd etmək gərəkdir ki, bu versiyanı dizel mühərriki, avtomatik transmissiya və universal kuzovu ilə sifariş vermək mümkün deyil. Focus ST Edition modelinin baza hetçbekindən əsas fərqli onun asıqısıdır.

Hetçbekdə standart yay və adaptiv amortizatorların əvəzinə KW Automotive firmasının tənzimlənən vintli dayaqları quraşdırılır. Standart vəziyyətdə hetçbekin klirensi ST modelndə olduğundan 10 millimetr azdır, lakin klirensi 20 millimetrlik diapazonda tənzimləmək imkanı da mövcuddur: 12 sıxılma və 16 qaytarma tənzimlənməsi təklif olunur. Yayların sərtliyi isə, 1.5 dəfə artırılmışdır.

Bundan başqa, Focus ST Edition orijinal dizaynlı 19-düymlük təkər disklərinə (10% daha yüngül) və Michelin Pilot Sport 4S şinlərinə sahib olub. Yeni versiyanın tənzimlənməsi işləri Nürbuqrinqdə aparılıb. Üstəlik, hetçbeklə birlikdə bu trek üçün optimal tənizmləmələri göstərən xüsusi açıqlama da verilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Focus ST Edition modeli yalnız unikal Azure Blue rəngi və qara damla təklif ediləcəkdir. Salonda isə kuzov rəngində dekor və tikişlər var. Pasport üzrrə ST Edition modeli 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir. Xüsusi Versiya Böyük Britaniya, Almaniya və bir sıra Avropa ölkələrində saılacaqdır. Focus ST Edition modelinin İngiltərədəki satış qiyməti 35.800 funt sterlinqdən başlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.