Ford şirkəti Las Veqasda keçirilən tüninq sərgisində Webasto firması ilə birlikdə hazırladığı Mustang Lithium modelini nümayiş etdirib. Fastbək eksperimental batareya və amerikan markasının seriya elektrokarları üçün hazırlanan temperatura nəzarət sistemi ilə təchiz edilib.

Məlum məsələdir ki, adi daxili yanma mühərrikinin əvəzinə Ford Mustang Lithium elektromotor və Phi-Power inventorları, həmçinin 800-voltluq Webasto batareyası ilə təchiz edilib. Batareya bir meqavat elektrik enerjisini verilməsini təmin edən EVDrive texnologiyasına malikdir. Güc qurğusunun bəyan edilən hasilatı 900 at qüvvəsi və 1356 Nm fırlanma anı təşkil edir. Fırlanma anı arxa oxa Getrag MT82 6-pilləli draq ötürmələr qutusu və Torsen Super 8.8 differensialı vasitəsi ilə ötürülür.

Mustang Lithium modelinin kuzov panellərinin bior hissəsi karbondan hazırlanıb. Avtomobilin klirensi 25 mm azaldılıb. Fastbək Michelin Pilot Sport 4S şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərinə sahib olub. Bundan başqa, kupe ön dayaqların gücləndirmə tirinə, Shelby GT350R modelindən götürülmüş 6-porşenli Brembo ön əyləc mexanizmlərinə, Sankuer Composite Technologies firmasının yan splitterləri və arxa diffuzoruna, həmçinin polikarbonatdan şəffaf pəncərələri olan Webasto kapotuna malikdir. Fastbəkin salonunda müxtəlif hərəkət rejimlərinin aktivləşdirməsinə cavabdeh olan 10,4-düymlük sensorlu displey quraşdırılıb.

Image alt Image alt Image alt Image alt

Yaxın 2-3 il ərzində Ford model xəttinin elektrikləşdirməsinə 11,5 miyard dollar sərmayə qoymağı planlaşdırır. 2020-ci ildə Mustang üslubunda dizayna malik olan elektrik krossoveri işıq üzü görməlidir. Bir neçə ildən sonra isə populyar Ford F-150 pikapının elektrik variantı debüt etməldir. Şirkət həmçinin qoşulan hibrid xəttini də inkişaf etdirməyi nəzərdə tutur.