“Car and Driver” portalı Ford şirkətinin ABŞ və digər ölkələrdə Mustang Dark Horse əmtəə nişanını qeydə aldığını müəyyənləşdirib. Bu ticarət nişanı Ford Mustang modelinin yeni “qara” versiyası üçün nəzərdə tutulub. Bu versiya üçün adı sosial şəbəkələrdə aparılmış səsvermə yolu ilə seçiblər. İstifadəçilər Black Stallion (“Qara ayğır”), Midnight (“Gecə yarısı”), Ghost (“Kabus”) və Dark Horse (“Qara at”) adlarını təklif ediblər. Görünən odur ki, sonuncu ad qalib gəlib.

“Qara” Mustang modelinin digər xarici fərqləri arasında, qara loqotip və qara alüminium təkər diskləri də olacaqdır.  Yeni Dark Horse versiyasının 2023-cü model ilinin Ford Mustang sportkarı ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Dark Horse versiyaı maslkarın cari, altıncı nəslinə olan marağı artırmalıdır.

Bununla belə, Mustang modelinin yeddinci nəslinin debütü yaxınlaşmaqdadır. Yeni maslkar mexaniki ötürmələr qutusunu və sələfinin mühərrik çeşidini (2,3-litrlik EcoBoost turbomühərrikini və 5,0-litrlik Coyote V8) qoruyub saxlayacaqdır. Coyote V8 aqreqatını müasir sərt ekoloji standartlara adaptasiya etmək üçün modernləşdirməyə ehtiyacı var. Bundan başqa, ön oxda elektrik mühərriki olan hibrid versiyanın da buraxılacağı barədə şayiələr dolaşır.

Ford artıq yeni maslkarın sınaqlarına başlayıb. Böyük ehtimalla, Mustang tanınan cizgilərini qoruyub saxlayacaq, eksteryerdəki dəyişikliklər isə, yeni optika, modernləşdirilmiş radiator barmaqlığı və başqa bamperlərlə məhdudlaşacaqdır. Ford Mustang ailəsi əvvəlki kimi kupe və kabrioletdən ibarət olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.