Ford şirkəti ABŞ-ın patent bürosunda “hibrid avtomobillər üçün ikimühərrikli ötürmə sistemi”nin patentini qeydə alıb. İlkin məlumata görə, bu sistem Ford Mustang maslkarının hibrid modifikasiyası üçün nəzərdə tutulub..

Sənəddə uzununa yerləşdirilmiş və arxa oxu hərəkətə gətirən V8 mühərriki, həmçinin on oxun fırlanmasına cavabdeh olan iki elektromotor təsvir olunur. Hibrid Ford Mustang kupesi dartma qüvvəsini bir oxa ötürməklə yanaşı, tamçəkişli də ola bilər.

Hibrid və ya elektrik Mustang modelinin tizeri Ford şirkəti tərəfindən keçən ilin oktyabr ayında dərc edilib. Modelin yeni nəslinin 2020-2021-ci illərdə debüt edəcəyi ehtimal olunur. Kupe tamçəkişli modifikasiyalar yaratmağa imkan verən yeni platfırmaya keçəcəkdir. Mustang modelinin baza versiyaları əvvəlki kimi arxadan çəkişli olacaqdır.