Yolsuzluq avtomobillərinin təkmilləşdirilməsi ilə məşğul olan Kaliforniyanın U.S. Specialty Vehicles (USSV) şirkəti Rhino GX modelinin dəbdəbəli Executive modifikasiyasını təqdim edib.

Dəbdəbəli ofroder Ford F-450 ağır pikapının bazasında yaradılıbdır. avtomobil ikinci cərgənin oturacaqları və 40-düymlük televizor ilə təchiz edilib. Ayaqaltı dəstəklə təchiz edilmiş kreslolar sensorlu paneli olan dirsəkaltı ilə bölünüb. Bu panel avtomobilin multimedia sisteminin funksiyalarını idarə etmək üçündür. Əlavə olaraq, Rhino GX Executive modelinin panoram tavan və peyk televiziyası sistemi ilə təchiz etmək olar. Arxa oturacaqlar cərgəsi ön oturacaqlardan arakəsmə ilə bölünüb.

Sərnişinlər sürücü ilə interkom vasitəsi ilə əlaqə saxlaya bilərlər. Ofroder üçün iki mühərrik təklif edilir. Bunlar 6,7-litrlik V8 turbodizeli və 6,8-litrlik V10 benzin mühərrikidir. Hər iki güc aqreqatı beş pilləli avtomatik qutu ilə təchiz edilirlər.

Rhino GX Executive ofroderinin təchizatına 20-düymlük təkər diskləri, arxa hidravlik asqı və təkmilləşdirilmiş köndələn dayanıqlılıq stabilizatorları daxildir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt