Ford şirkəti gözlənilməyən yüksək tələbat səbəbi ilə GT superkarının tirajını artırmaq qərarına gəlib. İstehsalçının nümayəndələri modelə olan tələbatın təklifi altı dəfə üstələdiyini bildiriblər.

İlkin olaraq,  Ford şirkəti iki il ərzində 500 ədəd GT superkarını buraxmağı planlaşdırmışdır. Lakin, modelin debütündən sonra onun tirajı 1000 nüsxəyə qədər artırılıb. Eyni zamanda, istehsal müddəti də iki il yarım müddətinə uzadılmışdır. İlk partiyadan olan avtomobillərin alınması üçün 6500 ədəd sifariş daxil olub. İstehsalçı onların arasından yalnız 250 nəfəri seçib. Superkarların üçdə ikisi əvvəlki GT modellərinin sahiblərinə qismət olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda Ford istehsal müddətini daha iki il uzadıb. Sıfarişlər noyabrın 1-dən başlayaraq bir ay müddətində qəbul olunacaqdır. Bu günə 1350 avtomobildən yalnız yarışı müştərilərə çatdırılıb.