Ford şirkəti yeni krossoverin ilk təsvirini dərc edib. Bu krossoverlə birlikdə, Ford markasının Avropadakı model xəttinə Puma adı da qayıdacaqdır. Ford Puma krossoverinin satışları bu ilin sonunda başlanmalıdır. Krossover müxtəlif tələbatlar üçün çevik adaptasiya sisteminə malik olan baqaj bölümünü və tərkibinə EcoBoost turbomühərriki ilə 48-voltluq startyor –generator daxil olan hibrid qurğunu əldə edəcəkdir.

Ford Puma krossoveri əlverişli və tutumlu yığcam avtomobillərə ehtiyacı olan iri şəhərlərin sakinlərinə ünvanlanıb. Mahiyyətcə Puma krossoveri dördüncü nəsil Focus modelinin və yeni Kuga krossoverinin üslubunda dizayna malik olan hündür hetçbekdir. Modelin maraqlı cəhətlərindən biri 426 litrlik həcmə malik olan transformasiya edilən salondur.

Puma krossoveri Ford EcoBoost Hybrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu qurğunun tərkibinə EcoBoost ailəsindən olan 1,0-litrlik turbomotor, ötürməli startyor-generator (BIGS) və 48-voltluq batareya daxildir. DIGS əyləcləmə zamanı enerjini rekuperasiya edəcək, həmçinin intensiv sürətlənmələr zamanı DYM-nə yardım göstərəcəkdir. Güc qurğusunun ümumi hasilatı 155 at qüvvəsi, yanacaq sərfiyyatı isə, 100 kilometrə 5,4 litr təşkil edəcəkdir.

Ford Puma markanın Rumıniyadakı Craiova Assembly Plant zavodunda buraxılacaqdır. Ford bu zavodun yenilənməsinə 1,5 milyard avro sərmayə qoyub.