Formula 1 çümpionatının yeni təhlükəsizlik avtomobili Mercedes-AMG GT R superkarı olub. O, bu vəzifədə Mercedes-AMG GT S modelini əvəzləyəcəkdir. Yeni superkar F1 üzrə dünya çempionatında istifadə olunan superkarlar arasında ən yeyini və güclüsü olub.

Formula 1 çempionatının təhlükəsizlik avtomobili karbon-saxsı əyləc mexanizmləri, xüsusi stikerlər, təhlükəsizlik karkası, və xüsusi aerodinamik formalı karbon dayaqda quraşdırılmış «çilçıraqla» təchiz edilir. Avtomobilin salonunda iki iPad planşet kompyüteri mövcuddur. Onların biri teletranslyasiyanı, digəri isə bolidlərin trassadakı sxematik vəziyyətini nümayiş etdirir. Superkar həmçinin yarışın rəhbərliyi ilə əlaqə saxlamaq üçün radio rabitəsinə sahib olub. 

Mercedes-AMG GT R modeli 585 at qüvvəsi olan 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Superkara ilk 100 km/saat sürətini toplamağa 3,6 saniyə vaxt tələb olunur. GT R modeli tam idarəolunan şassiyə, aktiv aerodinamikaya, yayların gərilməsini əllə idarə etməyə imkan verən adaptiv asma sisteminə, elektronika ilə idarə edilən yüksək sürtünməli arxa differensiala və doqquz rejimi olan yarış trekşn-kontroluna malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt