Gələn il Formula1 həvəskarlarına ünvanlanan eksklyuziv ətriyyat xətti satışa çıxarılacaqdır. Britaniyanın Designers Parfums ətriyyat evi ilə birlikdə hazırlanıb. Məhdud saylı ətirlərin bir flakonun qiyməti 7750 funt sterlinq olacaqdır.

Ətriyyatçılar eksklyuziv ətirlərin seçimini elə aparıblar ki, onlar «texnologiya və dinamikanı irs və tarix ilə birləşdirərək Formula 1 ilə assosiasiya yaradacaqdırlar». 

Formula 1 ətir xətti çox mürəkkəb adları olan üç ətirdən ibarətdir: Agile Embrace ("Sürətli qucaqlamalar"), Fluid Symmetry ("Maye simmetriya") və Compact Suspension ("Kompakt asma"). Məhdud saylı nəşrin tirajı  satıldıqdan sonra, büdcə seqmentindən olan beş ətir  bazara çıxarılacaqdır. Adi flakonlara doldurulmuş ətirin qiyməti 190 funt sterlinq olacaqdır.