Fransa Qran Prisi öncəsi F1 sürücüləri xeyriyyə məqsədi ilə bir araya gələcəklər. Belə ki, məşhur pilotlar, Jül Byanki adına assosiasiyasının təşəbbüsü ilə təşkil olunacaq xeyriyyə məqsədli futbol matçında yer alaraq, bu dəfə yaşıl meydanda qüvvələrini sınayacaqlar. Qarşılaşma Şarl Lekler, Daniil Kvayt, Pyer Qasli, Daniel Rikkardo, futbolçu Fabyen Bartes, Yuriy Corkayeff, Maksim Mermoz və eyni zamanda həndbolçu Jerom Fernandes arasında baş tutacağı gözlənilir.

Görüş 19 iyun, Fransanın liman şəhəri Bandol'un Andre Deferrari stadionunda keçiriləcək. Xeyriyyə tədbirdən əldə olunan vəsait Hitse şəhərinin Arşe hospitalında, serebral İflici olan uşaqların müalicəsinə sərf olunacaq.