Bir müddət əvvəl, Braziliya prezidenti Jair Bolsonaro və Formula 1-in icraçı direktoru Çeys Keri arasında baş tutan görüş zamanı Braziliya Qran Prisinin San Paulodan Rio de Janeyroya keçirilməsi ilə bağlı yekün qərar qəbul edilib.

Jair Bolsonaronun sözlərinə görə, Braziliya Qran Prisinin 2021-ci ildə Rio de Janeyro şəhərində keçiriləcəyi istisna deyil: "San Pauloda keçirilən yarışların müqavilə müddəti növbəti il bitmək üzrədir. 

Sonrakı illərdə isə, yarışlara ev sahibliyi etməyə Rio de Janeyro şəhəri namizəddir. Biz öz fikrimizi bildirdik və sevindirici haldır ki, qarşı tərəf də buna müsbət cavab verdi. Fikrimcə, sözügedən şəhər Formula 1 yarışları üçün ən ideal seçimdir. Biz adı hallanan avtoidman yarışının ölkəmizdə keçirilməsindən çox məmnunuq və qürur hissi keçirdirik. Formula 1 burada hər il böyük həvəslə qarşılanır. Rio de Janeyronun da yarışlara yüksək səviyyədə ev sahibliyi edə biləcəyindən əminik.

Liberty Media nümayəndələri isə birmənalı olaraq San Pauloda keçirilməkdə olan Qran Prinin müqavilə müddətini uzaqmat niyyətindədirlər.