Formula 1 çempionatının növbəti mərhələsi Amerika Birləşmiş Ştatların Ostindəki avtodromunda keçirilir. Dünən keçirilmiş təsnifat mərhələsinin qalibi Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton olmuşdur.

Britaniyalı pilot poul uğrunda mübarizədə komanda yoldaşı Niko Rosberqi üstələyərək birinci yerdən start almaq hüququnu əldə etmişdir. Bir çoxları beşinci gün keçirilmiş sərbəst yürüşlərdən sonra Red Bul pilotlarının liderlərə meydan oxuyacağına ümid etsə də, alman komandasının pilotları elə sıralama turlarının ilk seqmentində «evdə kimi sözü keçdiyini» göstərmiş oldular.

İlk seqment Sauber komandasının pilotu Felipe Nasrın əyləclərlə problem yaşaması ilə başladı. Ferrari pilotları isə zəif çıxış edərək, nəinki Red Bull, hətta Force İndia pilotalrından da geridə qaldılar. Digər tərəfdən McLaren komandasının britaniyalı pilotu Censon Batton üçüncü seqmenti adlamağı bacarmadı və bu günki yarışı 19-cu olaraq başlayacaqdır.

Yerli komanda sayılan Haas komandasının pilotlarından Romen Qrojan ilk seqmenti adlamasa da, Esteban Qutyerres ikinci seqmentə keçməyə müvəffəq oldu. Renault komandasının pilotu Kevin Maqnussen də üçüncü seqmentdə sıralamanı tərk edən pilotlardan oldu.

O, bu gün Qrojanın ardından 18-ci yerdən start alacaqdır. Üçüncü seqmenti keçməyən digər pilotlar Paskal Verlyayn, Felipe Nasr və Esteban Okondur. İkinci seqmentdə trekə Soft təkərləri ilə çıxan Mercedes pilotları elə ilk cəhdən 1:37,00 adlayaraq seqmentə başçılıq etməyə davam etdilər - yalnız bu dəfə Rosberq komanda yoldaşından 0,099 saniyə yeyin oldu.

Max Ferstappen də Mercedes pilotlarına baxaraq Soft təkərlərini seçdi və ilk onluqda bu tipli təkərlərlə yarışı başlayacaq üç pilotdan biri olacaqdır.

İkinci seqmentdə ən yaxşı nəticə göstərən pilot isə, Ferstappenin komanda yoldaşı Dəniel Rikkardo oldu. Gözlənildiyi kimi Mercedes, Ferrari və Red Bull pilotları rahatlıqla finala adlamış oldular. Karlos Saynsın ilk onluğa daxil olması günün sürprizi oldu. İlk onluğa daxil olmağı bacarmış pilotlar Niko Hülkenberq, Valteri Bottas və Felipe Massa (hər ikisi Williams) oldu. İkinci seqmentdə sıralamanı Serxio Peres, Fernando Alonso, Daniil Kvyat, Esteban Qutyerres, Colian Palmer və Markus Eriksson tək etdilər.

Üçüncü seqmentdə ilk cəhdində səhvlərə yol verən Rosberq komanda yoldaşına 0,072 saniyə uduzdu. Ferstappen Rosberqi haqlamağa çalışsa da sonunda Rikkardoya keçilmiş oldu. Red Bull pilotlarının ardınca gözlənildiyi kimi Ferrari pilotları sıralandılar.

Niko Hülkenberq, Karlos Sayns və hər iki Williams pilotu yalnız bir dəfə trekə çıxmağı üstün tutdular. İkinci cəhddə Rosberq daha az səhv buraxsa da, sonunda komanda yoldaşına uduzdu. Britaniyalı dövrəni 1:34,999 zamanla başa vuraraq Ostinin yeni rekordunu qeydə aldı. Rikkardo Ferstappeni keçərək üçüncü yerdən start almaq hüququnu əldə etdi. Bu günki yarışı Ferrari pilotları üçüncü sıradan başlayacaq. Bu dəfə Rəykkonen Fetteli qabaqlamağa müvəffəq oldu. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt