Scuderia Ferrari komandası bu gün SF70-H indeksini almış yeni avtomobilini təqdim etmişdir. Yeni avtomobil əfsanəvi italyan markasının 70 illik yubileyinə ithaf edilmişdir.

Yeni Ferrari bolidinin təqdimat mərasimi Scuderia'nın test treki olan Fioranoda keçirilmişdir. Eyni zamanda, bu gün italyan komandasının pilotları Sebastyan Fettel və Kimi Rəykkonen avtomobillə trekdə bir neçə dövrə vuracaqdırlar. Təqdimat öncəsi şaiyələr görə, Ferrari komandasının onlar üçün o qədər də uğurlu olmayan ağ rəngdən imtina edəcəkləri söylənilirdi.

Lakin, yeni Ferrari SF50-H boldinin rəng sxemi bu şaiyələrin əsassız olduğunu sübut etdi. Belə ki, bolidin «akula üzgəci», ön və arxa antiqanadların müəyyən elementləri ağ rəngə boyanmışdırlar. Digər tərəfdən yan pontonların zonasında elementlərin maraqlı düzülüşü və on antiqanaddakı çıxıntının qorunub-saxlandığı diqqəti çəkir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt