Keçən həftənin şənbə günü Formula 1 çempionatının nüfuzlu komandalarından olan Williams F1 komandası yeni mövsümdə istifadə edəcəyi bolidin real fotoşəkillərini dərc etmişdir. Bundan öncə, komanda avtomobilin qrafik redaktorda hazırlanmış təsvirlərinin yaymışdır.

Bununla belə, Qrouvdan olan kollektiv yeni reqlamentin tələblərinə uyğun olaraq yaradılmış bolidin formalarını nümayiş etdirən ilk komanda olmuşdur. Lakin, yeni təsvirlərdə FW40 bolidin digər komandaların avtomobilləri kimi «akula üzgəcinə» sahib olduğunu görmək olar.

Bildiyimiz kimi, ilk təsvirlərdə bu «üzgəcdən» əsər-əlamət yox idi. Bu gün İspaniyanın Barselona şəhərinin yaxınlığındakı avtodromda mövsümün ilk testləri başlayacaqdır. Felippe Massa və onun gənc komanda yoldaşı Lens Stroll Williams FW40 bolidini Katalunyadakı trekə çıxaracaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt