Keçən həftənin son günü Formula 1 komandalarının bolidlərinin təqdimatı ilə bol olmuşdur. Günün ilk təqdimatı Red Bull Racing komandasından gəlmişdir. Komanda təqdimatı qeyr-adi şəraitdə keçirmək məqsədi ilə maraqlı videoçarx da hazırlamışdır. Yeni RB13 avtomobili yalnız bu çarxın son saniyələrində tam görüntülənmişdir.

Red Bull komandasının iddialı bəyənatlarından sonra bu təqdimat mərasimi ən gözlənilən mərasimlərdən idi.

Milton Keysdən olan kollektiv təqdimat öncəsi bəyanatlarında, yeni mövsümdə çempionluq titulu uğrunda mübarizədə Mercedes-AMG komandasına meydan oxuyacaq yeganə komandanın RBR olduğunu bildirmişdir. Aerodinamika sahəsində hər zaman yeniliklər edən komanda bu dəfə də hər kəsi təəccübləndirməyi bacardı.  Red Bull Racing komandası növbəti dəfə incə dizayna malik olan, əla balanslaşdırılmış və aerodinamik cəhətdən digər bolidləri üstələyən avtomobili yaratmışdır. Təqdimat mərasimində yeni bolidin burun ucluğunun maraqlı forması çoxlarının diqqətini çəkmişdir. Bundan başqa, yeni bolid Ferrari və Force İndia bolidlərindəkinə bənzər iri ölçülü «akula üzgəci» ilə də seçilir.

Yeni mövsümdə Red Bull Racing komandası TAG-Heuer emblemini daşıyan Renault mühərriki ilə çıxış edəcəkdir. Əgər fransız istehsalçısı bu sahədə ciddi irəliləyişə nail olmuşdursa, Milton Keys kollektivinin çempionluq titulu uğrunda mübarizədə iştirak edəcəyi gözləniləndir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt