Haas komandası bazar günü təqdimat keçirən ikinci komanda oldu. Amerikan kollektivinin bolidinin görkəmi F1 həvəskrları üçün sürpriz olmadı. Bunun səbəbi bir gün öncə bolidin görüntülərinin cəsuslar tərəfindən çəkilməsi idi.

Göründüyü kimi, VF17 indeksini almış bolidin rəng sxemi dəyişməız qalsa da, istifadə edilən boyaların bir qədər tünd çalara malik olduğu diqqəti çəkir.

Haas kollektivi də digər komandalar kimi iri ölçülü «akula üzgəcini» tətbiq etmişdir. Yeni mövsümdə amerikan kollektivinə keçən ilki nəticələri qoruyub-saxlamaq və yaxşılaşdırmaq gərəkdir. Keçən mövsümdə amerikalılar 29 xal toplayaraq səkkizinci yerdə çempionatı başa vurmuşdurlar.

Yeni mövsümdə komandanın şərəfini Romen Qrojan və Kevin Maqnussen qoruyacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt