Scuderia Torro Rosso komandası yeni mövsümdə Daniil Kvyat və Karlos Saynsa xallar uğrunda mübarizə aparmağa yardım edəcək STR12 avtomobilini təqdim etmişdir. Beləliklə, bazar günü keçirilən təqdimat mərasimlərini tamamlayan komanda məhz STR kollektivi olmuşdur.

Təqdimat mərasimi bu gün keçirilən ilk mövsümöncəki testlərin başlanmasına bir gün qalmış Barselonadakı avtodromda təşkil edilmişdi. Yeni mövsüm Faentsadan olan kollektiv üçün bir qədər asan keçməlidir. Bu dəfə italyan komandası köhnə Ferrari mühərriki ilə deyil, müasir Renault aqreqatı ilə yarışacaqdır. Qeyd etmək lazımdır ki. Red Bull Racing komandasının törəmə kollektivi olan STR komandasının yeni avtomobili bir çoxlarının gözlədiyindən də yaxşı alınmışdır. Kvyat və Saynsın örtüyü götürməsi ilə, tamaşaçılar qarşılarında dizayn nöqteyi nəzərindən ən lakonik görünüşə malik olan avtomobilin dayandığının şahidi oldular. STR12 bolidi ənənəvi mavi rəngin istifadə edilməsinə baxmayaraq, yeni livreya daha dolğun çalara malikdir və yan tərəfdəki qırmızı xəttləri ilə seçilir. Komandanın loqotipi klassik sarı-qırmızı çaları ilə deyil, gümüşü rəngi ilə seçilir. Avtomobilin ön qanadı da yaxşı alınmışdır. STR12 bolidinin ön hissəsi digər bolidlərdə olduğundan daha səliqəli görünür.

Image alt Image alt Image alt